Azərbaycan İdeyası

Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?

Tarix:27-10-2025, 12:31
Baxış Sayı:126

Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə müvəkkili polis mayoru Rəfail Məmmədovun davranışı yerli sakinlər və ərazidə fəaliyyət göstərən sahibkarlar arasında ciddi narazılıq doğurur. Onun “Arabaçı” MMC və “Şərur” MTK-nın yerləşdiyi binanın həyətinə “zibil atma qaydalarına nəzarət” bəhanəsi ilə kameralar quraşdırdığı, bu bəhanə altında isə obyekt sahiblərindən 50 manatadək pul tələb etdiyi bildirilir. Rəfail guya bu kameraları “öz cibindən” quraşdırdığını deyərək, sahibkarlardan “kömək” adı ilə vəsait yığmağa çalışır.

Məlumata görə, vətəndaşların çoxsaylı şikayətləri əsasında bu məsələ artıq Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsi tərəfindən araşdırılır. Lakin buna baxmayaraq, Rəfail hələ də həmin əraziyə gələrək insanları narahat etməyə, təzyiq göstərməyə davam edir.

Ərazidə yerləşən 75 kvadratlıq kiçik çayxana isə Rəfailin əsas “nəzarət obyektinə” çevrilib. Çayxananın sahibi – Rzazadə Əkbər Aydın oğlu – qüsurlu (laldır) insandır. O, ailəsini dolandırmaq üçün kiçik çayxanada sadəcə 1 manata çay satır, yəni gəlir əldə etmək məqsədindən çox, ailəsinin ehtiyaclarını qarşılamaq üçün çalışır.

Amma buna baxmayaraq, Rəfail demək olar ki, hər gün həmin çayxanaya gələrək onu əsassız bəhanələrlə incidir. Əkbərin atası – Aydın Qasımov – ürək xəstəsidir və həkimlər ona əsəbləşməməyi ciddi şəkildə tövsiyə ediblər. Lakin Rəfailin hər dəfə binaya gələrək əsassız “şikayət” bəhanələri uydurması ailəni həm maddi, həm də mənəvi cəhətdən çökdürüb.

Sonuncu dəfə Rəfail guya “Aysel” adlı bir şəxsin şikayəti əsasında çayxanaya gəlib. Amma nə bina sakinləri, nə də obyekt sahibləri belə bir şəxsi tanımır. Bu isə yalan bəhanələrlə vətəndaşa təzyiq göstərilməsi kimi qiymətləndirilir.

Ailənin vəziyyəti ağırdır. Qüsurlu Əkbər işləməsə, evin gəliri kəsiləcək. Həyat yoldaşı da sağlamlıq problemi yaşadığından gənc ailə çıxılmaz vəziyyətdə qalıb. Əgər sabah Aydın Qasımovun səhhətində bu gərginlik nəticəsində bir problem yaransa, bu hadisəyə görə kim məsuliyyət daşıyacaq?

Əkbər Rzazadənin əslini daxili işlər nazirinə, insan hüquqları üzrə müvəkkilə, surətini isə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına göndərdiyi şikayət üzrə qarşı tərəfin – polis mayoru Rəfail Məmmədova zəng vurub mövqeyini öyrənmək istədik. O, Əkbər Rzazadənin qüsurlu olduğuna görə yazı yaza biləcəyinə inanmadığını deməklə, qabaqdangəlmişlik edərək bizi “reketçilikdə” günahlandırdı. R.Məmmədova xatırlatmaq istərdik ki, sözün hərfi mənasında reketçi o şəxsə deyilir ki, silahla hədə-qorxu gəlib pul tələb edir, daha bizim kimi haqq-ədalət tələb etmir. Silah isə onun belində var, bizim gücümüz qələmə çatır.

Bundan başqa, R.Məmmədovun təbirincə, belə çıxır ki, yazı yaza bilməyən qüsurlu adamın haqqını, hüququnu tapdalamaq olar, eləmi? İndi Ə.Rzazadə kimi nitqi qüsurlu şəxslərdən ifadə almaq üçün mütəxəssislər var, R.Məmmədovun borcudur ki, cəlb eləsin, görsün ki, ərizədə yazılanları təsdiqləyir, ya yox.

Vətəndaşların hüquqları, xüsusilə də qüsurlu və xəstə insanların toxunulmazlığı qorunmalıdır. Daxili İşlər Nazirliyinin rəhbərliyindən tələb olunur ki, bu məsələni ciddi araşdırsın, vəzifə səlahiyyətlərindən sui-istifadə edən Rəfail adlı əməkdaşın davranışına hüquqi qiymət verilsin.

Qanun qarşısında hamı bərabərdir. İnsan ləyaqətinə, hüquqlarına toxunan hərəkətlər polis adına, dövlətə və cəmiyyətə kölgə salır.



"Korrupsiya və Qanun"

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir