Azərbaycan İdeyası

Şeyxin qudası indiyədək 500 adamı Həccə yollayıb

Tarix:16-08-2017, 12:22
Baxış Sayı:582

 Şeyxin qudası indiyədək 500 adamı Həccə yollayıb

Kənan Rövşənoğlu: “Kimsə oğurladığı pulla Həccə adam yollayıb savab qazana bilməz”
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, sabiq deputat Hacı Qalib Salahzadə ölkə.az-a maraqlı açıqlamalar verib. O qeyd edib ki, dəfələrlə Həcc ziyarətində olub, həmçinin imkansız adamların bu arzusunu yerinə yetirməsinə köməklik göstərib: “Qismət olsa, bu il də Həcc ziyarətinə gedəcəm. İndiyədək Həcc ziyarətində çox olmuşam.
Hətta 2 dəfə Kəbə Evinin içərisində olmuşam. Bu qədər Həcc ziyarətində olmaq hər adama nəsib olmur. Allaha yaxın olduğum üçün bunlar reallaşır. Elə olub ki, mən bir gündə Məkkə və Mədinəni ziyarət edib Bakıya qayıtmışam. Bir dəfə anam məni görüb dedi ki, ay bala, bəs sən Həcc ziyarətinə getmədin? Dedim, artıq gedib qayıtmışam. Yəni, anam da mənim bir gün ərzində Məkkə və Mədinəni ziyarət edib, Bakıya qayıtmağıma təəccüblənmişdi... Məni Həcc ziyarətinə çox getməkdə, kasıblara kömək etməməkdə qınayırlar. Ancaq həmin adamlar bilmirlər ki, mən hər zaman kasıbların yanında olmuşam, imkansız adamlara əl tuturam. İndiyədək 500-dən çox imkansız adamı Həcc ziyarətinə göndərmişəm. Məgər bu, kasıba kömək deyil?”
Qeyd edək ki, ötən ildən azərbaycanlı zəvvarların səfər xərclərinin ABŞ dolları ilə aparılmasına başlanılıb. Ötən il Həcc ziyarəti zamanı yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq isə 4700 dollar idi. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Bu ilki ziyarət məbləği isə 3850 dollar müəyyənləşdirilib və cəmi 900 nəfərin gedəcəyi müəyyənləşib. Üstəlik Səudiyyə Ərəbistanın qərarına əsasən Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlər 535 dollar əlavə vəsait də ödəyəcək. QMİ-dən bildirilib ki, bu il təkrar Həcc ziyarətinə getmək istəyənlərin sayı hələlik 70 nəfərdir.
Göründüyü kimi, ziyarət məbləğinin çox yüksək, xüsusən də dollar valyutası ilə təyin olması, əlavə vəsaitin tələb olunması Həcc ziyarətində olmaq istəyən bir çoxlarının arzusunu ürəyində qoyub.
Maraqlıdır, öz şəxsi pulu ilə başqa birini Həcc ziyarətinə göndərmək savab hesab edilirmi? Dində bu məsələnin hökmü necədir?
Öncə onu qeyd edək ki, QMİ sədrinin qudası, sabiq deputat Hacı Qalib Salahzadə bundan əvvəl də bu cür açıqlama vermişdi və onun dedikləri xeyli müzakirələrə yol açmışdı. Çünki faktiki olaraq əgər doğrudan da sabiq deputat bu günə qədər 500-dən artıq adamı Həcc ziyarətinə göndəribsə, bu o deməkdir ki, onların xərclərini də öz öhdəsinə götürüb. Araşdırmalardan belə məlum olur ki, bu günə qədər Həcc ziyarətinin ən ucuz dəyəri 2000 dollardan başlayıb. 500 ziyarətçinin xərclərini hesablasaq bu, ortalama milyon dollar deməkdir. Sadə bir deputatın öz əmək haqqı ilə bu pula sahib olması heç də inandırıcı deyil. İslam dininə əsasən isə insan mütləq şəkildə halal pulla Həccə getməlidir. Yəni Həccin vacib şərtlərindən biri də pulun halal yolla əldə edilməsidir.
Mövzu ilə əlaqədar dini ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a danışıb. O deyib ki, Həcc ziyarəti hər bir müsəlmanın ömründə ən azı bir dəfə vacib olur: “Səhhəti, maddi imkanları, şərait mümkündürsə, müsəlman bir dəfə Həccdə olmalıdır. Lakin Həcc sadaladığımız şərtlər yerində olarsa vacibdir, yəni sağlamlığı imkan verməyən və yolpulu, ailəsi üçün lazımı xərcləri təmin edə bilməsə ona Həcc vacib sayılmaz. Həcc həm də bir ibadətdir. Bu mənada adətən imkanlı müsəlmanlar həccə getmək imkanları olmayan kasıb müsəlmanların həcc ibadətini yerinə yetirməsi, ömründə bir dəfə Həcc ziyarətinə gedə bilməsi üçün onlara bu imkanı yaradır. Bu iş savab bir əməl sayılır”.
Ekspert onu da vurğuladı ki, hər bir savab əməl kimi bunun da özünəməxsus şərtləri var. Onun sözlərinə görə, hər iki tərəf bu işi Allah xatirinə, xalis niyyətlə etməli və pul halal yolla qazanılmış olmalıdır: “Yəni biri savab üçün oğurladığı pulla Həccə adam yollayıb savab qazana bilməz. Bu, İlahi nizama ziddir”.


Qeyd edək ki, bu il zəvvarların Həcc ziyarətinə ilk qafiləsi avqustun 24-də yola düşəcək.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq