Azərbaycan İdeyası

Dünyanın ən böyük Quran mətbəəsindən REPORTAJ

Tarix:3-11-2015, 16:13
Baxış Sayı:689

Dünyanın ən böyük Quran mətbəəsindəyik. İl ərzində burada 13 milyondan çox Quran çap edilərək, dünyanın bütün müsəlman ölkələrinə pulsuz olaraq paylanılır.
"Korrupsiya və Qanun" qəzetinə istinad olaraq APA TV-nin məlumatına görə, Mədinədə yerləşən bu bina 1984-cü ildə kral Fəhd bin Əbdüləziz tərəfindən tikilib və qısa zaman ərzində dünyanın ən böyük Quran mətbəəsinə çevrilib.
Qurani-Kərim kitabları və audio disklərinin hazırlanması üzrə ixtisaslaşan bu kompleks 270 milyon ABŞ dolları dəyərindədir. 250 min kvadrat metr ərazidə inşa olunan bu bina bir mətbəə şəhəridir.
Bu günə qədər burada 59 fərqli dildə Quran kitabları çap olunaraq müsəlman ölkələrinə paylanılıb. Məqsəd Qurani-Kərimi bütün yer üzündə yaymaq və təbliğ etməkdir. Mətbəə tərəfindən müsəlmanların çox yaşadığı ölkələrə İndoneziya, Malaziya, Pakistan, Banqladeş və Türkiyəyə göndərilən kitabların sayı digər ölkələrə nisbətən daha çoxdur.
Mətbəə haqqında qonaqları məlumatlandıran rəhbərlik deyir ki, bir çox hallarda dövlətlər Səudiyyə Ərəbistanı səfirliyinə müraciət edərək, kitab sifariş verirlər. Bundan başqa, Həcc zamanı da küçələrdə, məscidlərdə zəvvarlara Qurani-Kərim hədiyyə edilir. Hər Həcc ziyarəti zamanı 2 milyondan çox Qurani-Kərim paylanılır. 31 ildir yüzlərlə işçi müsəlmanların müqəddəs kitabını çap edir.
Kompleks ziyarətçilərə açıqdır. Hər il 400 mindən çox yerli və xarici qonaq buranı ziyarət edir. Bura gələn qonaqlar hədiyyəsiz qayıtmır.
Bura gələn qonaqlara öz dillərində Qurani-Kərim hədiyyə edilir. Mənə də öz dilimizdə Qurani-Kərim hədiyyə etdilər.
Kompleksdə təkcə Qurani-Kərim kitabları deyil, həm də Quranı-Kərimin audio və video versiyası hazırlanır. Kompleksin bir hissəsində isə Qurani-Kərim kitablarından ibarət guşə də yaradılıb.
İslamın müqəddəs kitabı olan Qurani-Kərimin 114 surəsi və 6236 ayəsi nəfis tərtibatda çap edilir. Quranı digər səmavi kitablardan fərqləndirən cəhət onun uzun zaman müddətində - 23 ilə hissə-hissə nazil olunmasıdır. "Oxumaq", "qiraət etmək" mənasına gələn Qurani-Kərim Fatihə surəsi ilə başlayıb, Nas surəsi ilə bitir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı