Azərbaycan İdeyası

DƏYİŞİKLİK DƏSTƏKLƏNDİ : “NARKOMANLARI HƏBS ETMƏKLƏ HEÇ NƏ ƏLDƏ ETMİRİK, ƏKSİNƏ..”

Tarix:27-09-2017, 13:35
Baxış Sayı:459

 DƏYİŞİKLİK DƏSTƏKLƏNDİ : “NARKOMANLARI HƏBS ETMƏKLƏ HEÇ NƏ ƏLDƏ ETMİRİK, ƏKSİNƏ..”

“Ölkə başçısının 2017-ci il fevralın 10-da müvafiq sərəncamında cəza siyasətinin humanistləşdirilməsi nəzərdə tutulub”.
Bunu “Sherg.az”a narkomanların cinayət məsuliyyətinə cəlb edilməməsi haqqında dəyişikliklərə münasibət bildirərkən “Faustus” Hüquq Xidmətləri Mərkəzinin direktoru, hüquqşünas Vasif Rzayev deyib.
O bildirib ki, həmin qanuna əsasən cəmiyyətdən təcridetmə ilə əlaqəli olmayan cəza növləri və proseduralara məcburiyyət tətbiq edilir:
“Yəni sadə dillə desək, insanları ailəsindən ayırmadan, cəmiyyətdən təcrid etmədən onların islahına nail olmaq lazımdır. Onlar xəstə, narkomandırsa, qanun layihəsində nəzərdə tutulduğu kimi müalicə etmək, humanist siyasətlə həmin şəxsləri cəmiyyətə qazandırmaq başlıca məqsəddir. Ona görə, qanuna müvafiq dəyişikliklər edilir. 74.1-ci maddə cinayət məcəlləsinə əlavə edilir. Bununla narkoman şəxs cinayət məsuliyyətindən azad edilir. Təcrübə göstərir ki, insanlar cəmiyyətdən təcrid olunanda müsbətə doğru deyil, mənfiyə doğru gedir. Ondansa, həmin şəxsi müalicə edək, sağalsın, yanlış yoldan qaytarılsın, ailəsindən, cəmiyyətdən təcrid olunmasın.
Hesab edirəm ki, yeni dəyişiklik yaxşıdır. Çünki həmin şəxsləri həbs etdikdə heç nə əldə etmirik. Sadəcə, adam gedir, cəzasını çəkir, bir növ cəza müəssisəsinə öyrəşir. Buna görə, sonradan cinayət törətmək qorxusu onda itir. Nəticədə rahatlıqla deyə bilərik ki, azadlıqdan məhrum etmə problemi həll etmir. Satış məqsədi olmadan narkotik maddələri əldə edən, istifadəçisi olan şəxsi müalicə edib, cəmiyyətə daha sağlam qaytara bilərik. Təqdirəlayiq qiymətləndirirəm. Müalicə müəssisələrində işlər planlı, ciddi şəkildə bu proses aparılsa, narkomaniya azala bilər. Müalicə ən yüksək şəkildə aparıldığı təqdirdə müsbət nəticə vəd olunur. Bu isə hüquqi, demokratik, vətəndaşını düşünən dövlətin siyasətinin müsbət nəticəsi olar”.
Qeyd edək ki, Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur.
Yeni maddəyə görə, məcəllənin 234.1-ci maddəsində (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı