Azərbaycan İdeyası

Bakıda ər başqa kişi ilə görüşən arvadını döydü

Tarix:29-08-2016, 13:30
Baxış Sayı:353

Bakıda ər başqa kişi ilə görüşən arvadını döydü
Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Seymur Əliyevin (həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ad və soyadı şərti verilib) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Seymur Əliyev Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığı evdə həyat yoldaşı Samirə Əliyevanı döyərək ona xəsarət yetirib.

Məlum olub ki, Samirə Əliyeva Seymur ilə evli olsa da, başqa bir oğlanla münasibət saxlayıb və onunla intim əlaqədə olub. Həyat yoldaşının başqa oğlanla intim əlaqədə olmasını bilən Seymur həyətlərində taxtadan düzəldilmiş oturacaqla onu döyməyə başlayıb. Samirəni onun əlindən qonşuları alıb. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib. Seymurun narkotik vasitələrin istifadəçisi olması və üzərində narkotik olması da müəyyən edilib.

Seymur Əliyevin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (sağlamlığa xəsarət yetirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi başlanıb. Xəzər rayon Məhkəməsinin hökmü ilə Seymur Əliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin onun məcburi narkomaniyadan müalicə olunması barədə də qərar qəbul edib. Hökmdən narazı qalan Seymur Əliyev apelyasiya şikayəti verib.

O, bildirib ki, ictimai təhlükəli cinayət törətməyib. Bu səbəbdən barəsində olan cəzasının həbs olunmayan cəza ilə əvəz edilməsini xahiş edib. O, qeyd edib ki, həbsdə saxlanıldığı müddətdə narkotik vasitədən istifadə etməyib. Bu səbəbdən narkomaniyadan məcburi müalicə olmasına da ehtiyac yoxdur.

Seymur Əliyevin şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası Seymur Əliyevin apelyasiya şikayətini qismən təmin edib və Xəzər rayon Məhkəməsinin hökmünü dəyişib. Məhkəmə Seymur Əliyevin barəsində olan cəzası 1 il 2 aya endirib. /Teleqraf.com/

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir