Azərbaycan İdeyası

Qəbələdə təbiətə altı min manata yaxın ziyan vurulub - FOTO

Tarix:2-05-2018, 14:31
Baxış Sayı:7 989

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən   Qəbələdə təbiətə altı min manata yaxın ziyan vurulub - FOTOaparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Karvan” istirahət mərkəzinin ərazisində yaşköküstə 12-28 sm diametrdə 35 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 5810 manat ziyan vurulduğu aşkar edilib.
ETSN-dən Oxu.Az-a verilən məlumata görə, araşdırma zamanı ağacların “Karvan” istirahət mərkəzinin icarəçisi Elşən Məmmədov tərəfindən kəsildiyi müəyyənləşdirilib.
Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı