Azərbaycan İdeyası

Azərbaycanlı diaspor sədrinin qızı erməniyə ərə getdi

Tarix:2-05-2018, 14:48
Baxış Sayı:8 017

 Azərbaycanlı diaspor sədrinin qızı erməniyə ərə getdi

Azərbaycanlı diaspor sədrinin qızı erməni oğlanla ailə həyatı qurub.
Korrupsiya-q.az diaspor.az-a istinadən xəbər verir ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızı erməni oğlanla ailə həyatı qurub.
Toy mərasimi Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutub. Nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.
Qızın erməni oğlanla sevgili olduğundan xəbər tutan diaspor sədri A.Kərimov əvvəllər buna razı olmasa da sonradan razılıq verib. Mənbənin sözlərinə görə, hətta buna görə, A.Kərimov həyat yoldaşı Rigina Kərimova ilə qeyri-rəsmi şəkildə boşanıb. Amma boşanma ilə heç bir müsbət nəticənin olmadığını görən Kərimov yenidən həyat yoldaşı ilə münasibətlərini bərpa edib. Məlumata görə, Kərimovun həyat yoldaşı da erməni əsillidir. Elə buna görə də, R.Kərimova qızının erməni oğlanla evlənməsini müdafiə edib.
Toy mərasimində Kərimov qızına və erməni kürəkəninə xeyir-dua verib. Eyni zamanda, mərasimdə erməni və Azərbaycan musiqilərinin sədaları altında diaspor sədri və onun erməni qudasının rəqs etməsi də öz əksini tapıb.
Qeyd edək ki, azərbaycanlı diaspor sədrinin qızının erməni oğlanla ailə həyatı qurması Moskvada yaşayan azərbaycanlılar arasında birmənalı qarşılanmayıb. Soydaşlarımız arasında .Kərimova etiraz edənlərin sayı gündən-günə çoxalır. Elə buna görə də, Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsində bu hadisədən sonra A.Kərimova qarşı inamsızlıq yaranıb və təşkilatın içərisində parçalanma müşahidə olunub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı