Azərbaycan İdeyası

Bakılı oğlana ərə gedən erməni qızı İŞİD-ə qoşuldu

Tarix:23-12-2015, 13:12
Baxış Sayı:389

Bakılı oğlana ərə gedən erməni qızı İŞİD-ə qoşuldu




Rusiya hüquq-mühafizə orqanı əməkdaşları 28 yaşlı Moskva sakini Mariya Samoylovanın axtarışına başlayıb.
"Korrupsiya və Qanun" saytı “Lifenews.ru”-ya saytına istinadən xəbər verir ki, bu barədə qızın atası Artur Mkrtumyan bildirib.
Qızın atasının sözlərinə görə, ata övladının yenicə ərə getdiyi bakılı biznesmen Yuri İsmayılovla birlikdə Suriyaya qaçdığını iddia edir.
51 yaşlı atanın sözlərinə görə, azərbaycanlı oğlanla evləndikdən sonra İslamı qəbul edən qızı əri ilə birlikdə “İslam Dövləti”nə (İŞİD) qoşulub. O, buna sübut olaraq cütlüyün daimi yaşayış üçün Azərbaycana gedərkən birbaşa Rusiya-Azərbaycan sərhədindən deyil, Türkiyə ərazisindən istifadə etmələrini göstərir.
Artur Mkrtumyan 2014-cü ilin oktyabrından qızından xəbər ala bilmədiyini vurğulayıb.
Lakin qızın anası, uzun illər öncə boşandığı əri Artur Mkrtumyandan boşanan Natalya Samoylovabu fikirləri ilə razılaşmır. Onun fikrincə, cütlük Bakıda xoşbəxt həyat sürür və İŞİD-ə qoşulmaqdan söhbət belə getmir: “Mariya azərbaycanlı ilə evlənib və İslamı qəbul edib. Oğlan turizm şirkətinin rəhbəri idi və böhran zamanı onlar problemlər yarandığında qayıtmaq qərarı qəbul ediblər. Türkiyəyə uçdular. Mariya oradan zəng edib dedi ki, Bakıya köçürlər və işləri yoluna qoyana qədər əlaqə saxlaya bilməyəcəklər”.
Anasının bu fikrinə baxmayaraq , Moskvanın Lefortovo rayon polis idarəsi Artur Mkurtumyanın şikayəti əsasında istintaq öncəsi tədbirlər keçirir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı