Azərbaycan İdeyası

Şeyxin yaxın adamı sosial şəbəkədə halal kolbasa satır - QURUM ÖZÜ İSƏ HALALLIQ SERTİFİKATI VERİR

Tarix:20-07-2018, 15:44
Baxış Sayı:295


Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər "Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli sosial şəbəkə  Şeyxin yaxın adamı sosial şəbəkədə halal kolbasa satır - QURUM ÖZÜ İSƏ HALALLIQ SERTİFİKATI VERİRlərdə kolbasa biznesi ilə məşğuldur.
Korrupsiya-q.az xəbər verir ki, tanınmış ilahiyyatçı "İnstagram” sosial şəbəkəsində məşhur kolbasa və sosiska brendlərindən birini halal məhsul kimi reklam edir.
İlk baxışdan, bu, normal görünə bilər. Əlbəttə kimsə deyə bilər ki, QMİ qeyri-hökümət təşkilatıdır və onun rəsmisi bizneslə məşğul ola, hansısa məhsulu reklam edə bilər. Lakin məsələnin bir əmması var.
Belə ki, QMİ Azərbaycanda ət kəsimi müəssisələrinə və kolbasa-sosiska istehsal edən firmalara halallıq sertifikatı verən qurumlardan biridir. QMİ-nin ən öndə gələn fiqurlarından olan Hacı Surxayın bir kolbasa markasını reklam etdiyi bir şəraitdə digər şirkətlərə halallıq sertifikatı verilən zaman ədalətli qərar çıxarıldığına kim, necə təminat verə bilər?
Fakt budur ki, QMİ-nin yüksək vəzifəli şəxsi bir markadan reklam qarşılığı pul alır və şirkətlə arasında mənfəət münasibəti var. Bu halda kim zəmanət verə bilər ki, hansısa kolbasa şirkətinə halallıq sertifikatı verilməməsi ədalətli qərar olub?
Suallar havada qalıb. Ümid edək ki, QMİ açıq qalan suallara cavab verəcək və ölkədə biznesin rəqabətliliyini zədələyən bu hala münasibət bildirəcək.
Hacı Surxayın sosial şəbəkədəki hesabından paylaşdığı həmin reklamı təqdim edirik:

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı