Azərbaycan İdeyası

"İçkiyə görə ailəm dağıldı" - Həbs olunan müğənni

Tarix:23-07-2018, 13:47
Baxış Sayı:265

  "İçkiyə görə ailəm dağıldı" - Həbs olunan müğənni

ARB TV-nin "Rezonans" verilişində bu dəfə müğənni Rasim Rzayevin həbsxana hekayələri təqdim edilib.
Bir vaxtlar müğənni kimi fəaliyyət göstərən Rasim cinayətindən danışıb və 7 il azadlıqdan məhrum edildiyini söyləyib:
"Musiqiçiyəm, kəndlərdə toylara gedirdim. 20 yaşımdan bu sənətdəyəm. Azərbaycanda tanınmış müğənnilərlə işləmişəm. Anlaşılmazlıq üstündən tutuldum. 3 il həbs edildim. Daha sonra restoranların birində muğam ifa edərkən ifam bir nəfərin xoşuna gəldi. Bir neçə ifadan sonra masaya dəvət etdi və söhbətləşdik. Sonra axşam bu məni evinə qonaq apardı.
Sonra siqaret və içki almaq lazım olanda maşının açarını mənə verdi. Yaxınlıqdakı dükandan alıb qayıdanda maşının arxa hissəsini vurdum. Səhər ayılanda boynundan atdı və məni şikayət etdi. Bir neçə dəfə razılaşdıq, pulu ödədim. Polis də bildi durumu. Məhkəmə də buraxdı.
Üstündən 10 ay keçdikdən sonra yenə məhkəməyə çağırdılar və həbs olundum. 2008-ci ildə ilk dəfə tutulanda ailəm dağıldı. İçki aludəçisi olduğum üçün ailəm dağıldı. Yanıma heç kim gəlib-getmir. Qardaşımı, anamı, uşaqlarımı, yoldaşımı çox üzdüm. Onların mənə etdiyi köməkliklərə qiymət vermədim. Elədiklərim üçün çox peşmanam. Deyilənlərə fikir verməmişəm".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı