Azərbaycan İdeyası

Bakı metrosunda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir – RƏSMİ

Tarix:31-07-2018, 17:03
Baxış Sayı:274

 Bakı metrosunda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir – RƏSMİ
“Bakı Metropoliteni” avqustun 1-dən etibarən sərnişindaşımanı yeni tariflərlə həyata keçirəcək".
Korrupsiya-q.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O, metropolitendə sonuncu tarif dəyişikliyinin 2011-ci ilin dekabrın 1-də baş verdiyini xatırladıb:
“Həmin il noyabrın 24-də Tarif Şurasının qərarı ilə qiymətlər 15 qəpikdən 20 qəpiyə dəyişdirilib. O vaxtdan etibarən heç bir tarif dəyişikliyi qeydə alınmayıb”.
B.Məmmədov tarif dəyişikliyinin zəruri səbəblərini də açıqlayıb:
“Metropoliten bu məsələlərdə hər zaman şəffaflıq nümayiş etdirir, maliyyə hesabatlarını ictimaiyyətə açıqlayır. Bizdə 1 sərnişinin daşınmasının istismar xərcləri 47 qəpiyə bərabərdir. Hətta tarif dəyişikliyindən sonra da 17 qəpiklik fərq yaranır”.
O qeyd edib ki, istismar xərclərinə metro tikintisi, stansiyaların, tunellərin tikintisi, xətlərin inşası, qatarların alınması, əsaslı təmiri, mövcud stansiyaların yenidən qurulması və s. daxil deyil.
B.Məmmədov bildirib ki, postsovet məkanı ilə müqayisədə bizdə qiymətlər yenə də aşağıdır:
“Bu yaxınlarda Kiyevdə qiymətlər qaldırılıb və hazırkı kursla 41-50 qəpik arasında dəyişir. Minskdə gediş haqqı manatla 55 qəpikdir, Daşkənddə 37 qəpikdir. Rusiyanın özündə metrodakı gediş haqları bizdən qat-qat bahadır”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı