Azərbaycan İdeyası

Gənc xanəndələrin ölümü ilə bağlı dəhşət – Qəza deyil?

Tarix:1-08-2018, 16:39
Baxış Sayı:320

 Gənc xanəndələrin ölümü ilə bağlı dəhşət – Qəza deyil?


Gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun ölümü ilə bağlı qeyri-rəsmi iddia yayılıb.
Adının açıqlanmasını istəməyən sənətçinin verdiyi məlumata görə, hadisə bu gün səhərüzü, saat 05 radələrində, Bərdə istiqamətindəki şosedə baş verib.
"Bizim aldığımız məlumata görə, Miryusifdə 17 bıçaq zərbəsi aşkarlanıb. Novruz Hüseynov isə ümumiyyətlə yoxdur, harada olduğu bilinmir", - deyə mənbə bildirib.
İlkin ehtimala görə, bu, qəza yox, qətldir.
Miryusif Mirizadənin məşhur xanəndə, əməkdar artist Səbuhi İbayevin yaxın qohumu olduğu da qeyd edilib.
Faktı dəqiqləşdirməyə çalışırıq...
Qeyd edək ki, 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları Miryusif Mirizadə (29) və Novruz Hüseynov (28) Ağcabədi-Bərdə yolunda qəzaya düşdüyü və hər ikisinin dünyasını dəyişdiyi barədə Milli.az məlumat yayıb.

Axar.az

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı