Azərbaycan İdeyası

CAN BAHASINA AZADLIQ

Tarix:12-09-2018, 17:32
Baxış Sayı:590

Can sağlığı həyatda ən şirin nemət hesab olunur. Amma Yer üzünün əşrəfi olan İnsan üçün azadlıq daha üstün nemətdir. Bəzən insan məcburən, ya da özünün hansısa səhvi ucbatından azadlıqdan məhrum olur. İgid adamlar itirdiyi azadlığı canı, qanı bahasına geri qaytarmağa çalışır. Buna tipik nümunə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin müharibə dövründə cəzalarının qalan hissəsindən azad edilərək döyüşən ordunun sıralarına göndərilmələridir. Belələri müharibədən sağ çıxdıqları halda ömürlük xatırlayırlar ki, azadlıq onlara neçəyə başa gəlib. Bu aqibəti yaşayanlar bir çox başqa müharibə veteranlarından fərqli olaraq təvazökarlıqları ilə seçilir, keçmiş döyüşçülərə dövlət tərəfindən verilən imtiyazların daha çoxunu əldə etmək üçün canfəşanlıq eləmir, azadlığı elə ən üstün imtiyaz sayırlar. Ancaq vaxt keçdikcə yaş öz sözünü deyir, döyüşdə çəkdikləri əzab-əziyyət, aldıqları yaraların ağrı-acısı öz sözünü deyir. Bir onda ayılırlar ki, can əldən getmək üzrədir, həyat, yaşamaq məşəqqətə çevrilib və onu qorumaq üçün maddi imkanlar yetərli deyil. Başqa sözlə, görürlər ki, canları, ruhları xəstə, ağrılı bədənlərinin məhbusuna çevrilib. Onda da artıq gec olur...
Ağsu rayonunun Dədə Qorqud küçəsi ev 17 ünvanda qeydiyyatda olan, Binəqədi rayonu Sulutəpə qəsəbəsi Yeni Çiçək massivi ev 131 ünvanda yaşayan, 1963-cü il təvəllüdlü Şərifov Gülbala Güloğlan oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, 1991-ci ildən 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkirmiş. 1992-ci ildə cəzasının qalan hissəsindən azad edilərək sentyabrın 15-də Qarabağa müharibə zonasına göndərilmişdir. Cəbhə xəttində, Füzuli rayonu uğrunda gedən döyüşlərdə sağ ayağından yaralanmışdır. Dabanında olan qəlpə yarasından uzun müddət əziyyət çəkmişdir. İllər boyu cərrahi müdaxilələrə məruz qalmış, ayaq barmaqları bir-bir kəsilmişdir. Son vaxtlar ağrıları daha da şiddətləndiyindən, 23.06.2018-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında spinal anesteziya altında sağ ayağından əməliyyat olunmuş, nəticədə sağ budunun aşağı 3/1 nahiyyəsi amputasiya olunmuşdur.
Şərifov yazır ki, 123 və 722 saylı hərbi hissələrdə xidmət edərək döyüşlərdə iştirak etmişdir ki, bunu da sağ qalan çiyin yoldaşları təsdiqləyə bilərlər. Ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, onun döyüş ərazilərini yaxşı tanıması, kəşfiyyatçı kimi üstün bacarıqarı tərkibində döyüşdüyü hərbi hissələrin komandirləri tərəfindən də qiymətləndirilmişdir. Di gəl, indi sübut edə bilmir ki...
Böyük sərkərdə Babək deyirdi ki, bir gün azad yaşamaq qırx il kölə kimi yaşamaqdan yaxşıdır. Onun edamı cəmi bir gün, hətta daha az çəkmiş, qol və ayaqlarının, başının kəsilməsilə icra olunmuşdur. Babək edam olunduğu gün də ruhən azad idi. Atəşkəsdən sonra canı ilə vuruşan Gülbala Şərifovun edamı isə illərdir çəkir və bu ahəstə ölüm onun ruhunu əzir. İnanmaq istərdik ki, uğrunda can qoyduğu, qan axıtdığı dövlət bu dar günündə vətəndaşına sahib çıxacaq. Özü də mümkün qədər tez. Axı vaxt gözləmir.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur