Azərbaycan İdeyası

“Görünür İlqar Məmmədov hələ yaxşı islah olunmayıb"

Tarix:5-09-2018, 11:54
Baxış Sayı:261


“Görünür İlqar Məmmədov hələ yaxşı islah olunmayıb"

“Hər bir insan cəzaçəkmə müəssisəsindən ona görə islah olunur ki, cəmiyyətə yenidən uyğunlaşsın. Mən elə başa düşürəm ki, İlqar Məmmədov hələ islah olunmayıb”.
Bunu Moderator.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, İlqar Məmmədov Azərbaycan dövlətinin, xüsusilə cənab Prezident İlham Əliyevin onunla bağlı hümanist prinsiplərə söykənib cəzasının çəkilməmiş hissəsindən azad olunmasına adekvat münasibət göstərmir:
“Bu da bir insanın xarakterindən, insanın özünün keyfiyyətindən irəli gələn bir haldır. Kimsə onu yüksək dəyərləndirə bilər, kimsə də İlqar Məmmədov kimi onu o cür adekvat münasibət göstərməyə bilər. Ümumiyyətlə düşünürəm ki, İlqar Məmmədovun bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığı var. Bunu onun özü də gizlətmir. Görünür bu şəxs həmin o əməkdaşlıqdan irəli gələrək Azərbaycan dövləti ilə bağlı müəyyən mənfi fikirlər səsləndirməkdə davam edir. O hələ həbsdən öncə də bu prosesi həyata keçirirdi və həmin o təşkilatların nümayəndəsi rolunu oynayırdı. Düşünürəm ki, İlqar Məmmədov yenə də öz ampluasındadır. Bu insan Prezidentin əfv fərmanını yüksək qiymətləndirmirsə, bu onun şəxsi göstəricilərinin nümunəsidir. Hər kəs öz düşüncəsinə, mədəniyyətinə uyğun davranır. İlqar Məmmədov da bu pozisiyanı tutub”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı