Azərbaycan İdeyası

“İlqar Məmmədovun çıxışlarına hüquqi qiymət verilməlidir” - Fazil Mustafa

Tarix:5-09-2018, 11:56
Baxış Sayı:304

 “İlqar Məmmədovun çıxışlarına hüquqi qiymət verilməlidir” - Fazil Mustafa

“Siyasətlə məşğul olan şəxs qətiyyən təhqirə yol verməməlidirlər. Tənqid bizdə azaddır və hətta qanunvericilikdə də, Konstitusiyada da bu nəzərdə tutulur. Amma təhqirə görə, Cinayət Məcəlləsində konkret maddələr var”.
Bunu SİA-ya açıqlamasında BQP sədri, millət vəkili Fazil Mustafa REAL partiyasının sədri İlqar Məmmədovun keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, siyasətçilər etik davranış qaydalarına xüsusi əməl etməlidirlər: “Təhqirə yol verənlərə qarşı tədbirlər görüləndə bunu siyasi motivli təzyiqlər kimi qiymətləndirirlər. Amma çox vaxt özləri buna rəvac verirlər. Sanki hakimiyyəti məcbur edirlər ki, bunlara qarşı sərt tədbirlər görsün”.
Millət vəkilinin sözlərinə görə, İlqar Məmmədovun çıxışlarında təhqir varsa, buna hüquqi qiymət verilməlidir: “Bu gün Azərbaycan müxalifəti keyfiyyətcə fərqli bir platformada olmalıdır. Daha intelektual, daha mədəni və etik çərçivəni aşmadan hakimiyyətə də özünün proqramlarını, təkliflərini və hətta iradlarını, tənqidlərini də yönəltməlidir. Hesab edirəm ki, bu müxalifətçilik Azərbaycana daha çox fayda verər, nəyinki, radikal, barışmaz və təhqirlə danışan müxalifət. Radikallıq həmin adamların özləri üçün yaxşı nəticə vəd etmir”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı