Azərbaycan İdeyası

Əli Kərimlinin məhkəməsi davam edir - saxlananlar cərimələndi

Tarix:19-11-2018, 14:59
Baxış Sayı:244


AXCP sədri Əli Kərimli Səbail Rayon Məhkəməsinə gətirilib.
Bu barədə sosial şəbəkələrdə AXCP fəalları məlumat paylaşıblar.  Əli Kərimlinin məhkəməsi davam edir - saxlananlar cərimələndi
Xatırladaq ki, noyabrın 17-i saat 15 radələrində AXCP rəhbərliyi və bir qrup partiya fəalı, eləcə də digər siyasi qurumların nümayəndələri Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına icazəsiz yürüşə cəhd ediblər. Nəticədə 52 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb.
AXCP sədri Əli Kərimli ilə birlikdə saxlanılanlar bəziləri barəsində məhkəmə qərar çıxarıb.
Ramid Nağıyev, AXCP təşkilat şöbəsi – İXM 513.2 maddə- 400 manat cərimə
Sərdar Qubadsoy, Xətai şöbəsi – İXM 513.2 maddə- 400 manat cərimə
Fatimə Mövlamova, blogger – İXM 513.2 maddə- 500 manat cərimə
Nurlan Libre, Kanal13 internet televiziyasının əməkdaşı – İXM 513.2 maddə- 500 manat cərimə
Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli sərbəst buraxılıb.
Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilir.
Digər şəxslər isə sadəcə 513.2-ci maddə ilə təqsirli bilinirlər.(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı