Azərbaycan İdeyası

Məleykə Abbaszadə müəllimlərə irad tutdu: “Təəssüflər olsun ki...”

Tarix:28-11-2018, 13:02
Baxış Sayı:7 221

 Məleykə Abbaszadə müəllimlərə irad tutdu: “Təəssüflər olsun ki...”

"Biz işimizdəki bugünkü uğuru şəffaflıq sayəsində qazanmışıq".
Korrupsiya-q.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, DİM hazırda əhalinin bütün yaş qruplarını əhatə edən hər cür imtahanların keçirilməsini təskil edir:
"Bu ilin 10 ayı ərzində imtahanlarda 641517 iştirakçı olub. 48 mindən çox müəllim imtahanların keçirilməsində bizə kömək edib. Mərkəzləşdirilmiş imtahanlar təhsilin ümumi inkişafı ilə bağlı təsvir yaradır. İctimaiyyətdən çox olmasa da, müəyyən qədər şikayətlər alırıq. Cari ildə imtahanlar zamanı 2417 yazılı şikayət daxil olub ki, bu da ümumi iştirakçıların 0,3 faizini təşkil edir. Təəssüf ki, müəllimlər də bu neqativ halların yaradılmasında iştirak edir. Bütün bu məsələləri hüquqi müstəvidə həll edirik. Sosial şəbəkələr bizi diqqətli olmağa vadar edir”.
M.Abbaszadə qeyd edib ki, dərsliklərdə baş verən yeniliklər də imtahanlarda da öz əksini tapacaq.

M. Abbaszadə onu da vurğulayıb ki, imtahanların ildə iki dəfə müxtəlif regionlarda aparılması çevik fəaliyyətin göstəricisidir.
“Hər bir sahə üzrə qiymətləndirmə meyarı dəyişir. Müəllimlərin yüksək motivasiyası uşaqlarda öyrənmə istəyini artırır. Müəllim peşəsi gənclərin gələcəyini formalaşdırır".


OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı