Azərbaycan İdeyası

Nəvəmi qucaqlayanda oğlumun qoxusunu hiss etdim” - İlyas İsmayılov Türkiyədən QAYIDIB

Tarix:20-12-2018, 15:57
Baxış Sayı:242


 Nəvəmi qucaqlayanda oğlumun qoxusunu hiss etdim” - İlyas İsmayılov Türkiyədən QAYIDIB

“Bu günlərdə Türkiyədən yeni qayıtmışam. Nəvəmlə qısa da olsa, bir arada olmağın sevincini yaşadım. Qəribə hisslərdir. Anlatmaqda çətinlik çəkirəm”.
Bunu Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.
O, bu mövzuda ətraflı danışa bilməyəcəyini bildirib.
“Əvvəllər nəvəmi görməyə gedəndə oğlum Etimad da aramızda olurdu. İndi isə... Çox çətindir... Danışa bilmirəm. Nəvəmi qucaqlayanda oğlumun qoxusunu hiss etdim. Xahiş edirəm, bu barədə çox danışmayaq”.
İlyas İsmayılov oğlunun qatili ilə bağlı geniş informasiyaya malik olmadığını söyləyib:
“Oğlumun qatilinə nə qədər iş veriləcəyini bilmirəm. Hazırda istintaq davam edir. Ona görə də nəsə deyə bilməyəcəm”.
İş adamı Etimad İsmayılov sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Hadisəni törədən azərbaycanlı iş adamı Gözəl Dəmirov həbs edilib.
E.İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyası sədrinin birinci müavini idi.
Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polis polkovnikdir.
Hər iki şəxsin biznes sektorunda şərikli işləri olub. Qanlı mübahisə də şərikli işlə bağlı olub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı