Azərbaycan İdeyası

Hərbi xidmətə çağırışda YENİLİK - Bundan sonra...

Tarix:1-02-2019, 17:02
Baxış Sayı:332

  Hərbi xidmətə çağırışda YENİLİK - Bundan sonra...

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilməsi məsələsi təklif olunur.
Korrupsiya-q.az .az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov məlumat verib.
Onun sözlərinə görə, qanunun 6.4.1-ci maddəsinə edilən əlavəyə görə, 15 yaşı tamam olmuş şəxslərdən ilkin hərbi qeydiyyata alınarkən doğum haqqında sənədin elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd tələb olunmayacaq.
Xatırladaq ki, qanunun 6.1-ci maddəsi hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşlarının yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalarını nəzərdə tutur. Həmin vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırıış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə həmin qurumlara gəlməli və bir sıra sənədləri təqdim etməlidirlər. Həmin sənədlərdən biri də 6.4.1-ci maddədə nəzərdə tutulmuş doğum haqqında şəhadətnamədir. Doğum haqqında şəhadətnamə ilə bağlı məlumatlar isə Ədliyyə Nazirliyinin elektron informasiya sistemində yerləşdirilib. Bu qurum da həmin sistemə inteqrasiya olunub. Dəyişiklik vaxta qənaət etmək, vətəndaş məmnunluğunu yüksəltmək, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə təklif olunur.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı