Azərbaycan İdeyası

Metro istifadəçilərinə ŞAD XƏBƏR! - Yeni stansiyalar açılacaq

Tarix:29-04-2019, 15:11
Baxış Sayı:206


"Bakıda metro stansiyalarının sayı 76-a çatdırılacaq".

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, proses 2030-cu ilə qədər davam edəcək:
“2011-ci ildə təsdiq olunan konseptual inkişaf proqramına uyğun olaraq, yeraltı yollarının ümumi uzunluğu 119,1 km, elektron depoların sayı isə 5 olacaq. Hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikinti hissəsinin son mərhələsi bitmək üzrədir. Stansiya Ceyhun Səlimov küçəsində, Hərbi Hospitalın qarşısında yerləşir. Ən müasir sistemlərin təchizatı ilə inşa edilən bu stansiyanın arxa tərəfində 193.91 metr uzunluqda keçid kamerası da tikilir. Stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq”.
Metropoliten rəsmisi inşa ediləcək stansiyaların xətlər üzrə başladığı və bitdiyi məntəqələrin geniş əraziləri əhatə edəcəyini vurğulayıb:
“Bənövşəyi xətt - Avtovağzaldan başlayaraq Babək prospekti istiqamətindən keçəcək və Qaraçuxur qəsəbəsinə qədər davam edəcək. Qırmızı xətt - Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. Mavi xətt - Yasamal yaşayış sahəsi ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsini birləşdirəcək. Sarı xətt - Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Yaşıl xətt - dairəvi olacaq. Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək”.

Qeyd edək ki, 2011-ci ildə prezident İlham Əliyev Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. (redaktor.az)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı