Azərbaycan İdeyası

Sabahdan metro yeni qrafiklə işləyəcək

Tarix:21-06-2016, 22:53
Baxış Sayı:530

Sabahdan metro yeni qrafiklə işləyəcək
Sabahdan Bakı Metropoliteninin qatarları yay qrafiki ilə hərəkət edəcək. Bu barədə BAKU.WS metropolitenin saytına istinadən məlumat verir.

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyunun 22-dən metropolitendə qatarların hərəkətində yay qrafikinin tətbiqinə başlanılacaq. Qrafikə uyğun olaraq, tərtib edilən cədvələ əsasən, bir saat ərzində hərəkət yükü nəzərə alınaraq, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib. Gur saatlarda “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə interval 2.5 dəqiqə olacaq. Gur hərəkət səhər saat 8-dən 10-a, axşam isə 5-dən 8-in yarısına qədərdir.

Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervala hesablanmış hərəkət təşkil ediləcək. Yalnız gecə saatlarına yaxın hərəkət daha böyük intervalla təşkil edilir.

Məlumdur ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də “28 May” stansiyasından sonra hərəkət zamanı həm “İçərişəhər”, həm də “Dərnəgül” stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edirlər.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən qatarlarda interval “Bakmil-Nərimanov” yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarlarda metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq olunur.

Qrafik yeni tədris mövsümünə qədər qüvvədə olacaq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı