Azərbaycan İdeyası

İxtisara düşdü, iş yerini partlatmaq istədi - Qumbara ilə

Tarix:5-07-2019, 14:15
Baxış Sayı:156


Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirli bilinən Şirin Astanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Korrupsiya-q.az məlumat verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesində ifadə verən şahid Ziya Məmmədov deyib ki, "Azkompozit” MMC şirkətində mütəxəssis işləyir: "Hadisə günü işdə idim. Aynur xanım qışqıranda biz otağa tərəf qaçdıq. Otağa çatanda Rəsul müəllimlə Şirin dayı yerdə idi. Rəsul müəllim Şirin dayının bir əlindən tutmuşdu. Digər əlini də dizinin altına qoymuşdu. Biz onları sakitləşdirməyə çalışdıq. Həmin vaxt qumbara ayağımın arasından keçdi. Sonra mühafizəçi Rəşad da gəldi. Rəşad Şirin müəllimi apardı. Biz də Rəsul müəllimin yanında qaldıq".
Ziya Məmmədov qumbaranı ayağı ilə vurduğunu da söyləyib. Qeyd edib ki, qumbara açıq vəziyyətdə olub və qaz iyinə bənzər iy də hiss edib.
Hakimin suallarını cavablandıran Ziya Məmmədov bildirib ki, həmin ərəfədə Şirin Astanovdan başqa 5 nəfər də ixtisarla işdən çıxarılıb. Amma onlardan heç biri işə bərpa olunmaqla bağlı nə müraciət ediblər, nə də problem yaşanıb.
Ziya Məmmədov əlavə edib ki, hadisədən dərhal sonra şirkətə polis əməkdaşları gəlib.
Onun sözlərinə görə, polis əməkdaşları hadisə yerinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşlarını dəvət ediblər. Onlar qumbaranı ərazidən uzaqlaşdırıblar.
Məhkəmə iclasında zərərçəkmiş Rəsul Baxşəliyevin köməkçisi Aynur Quliyeva da ifadə verib. (Trend)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı