Azərbaycan İdeyası

BAĞLANMIŞ UNİVERSİTET DÖVLƏT İDARƏSİNİ MƏHKƏMƏYƏ VERDİ

Tarix:10-07-2019, 16:34
Baxış Sayı:309


Bağlanmış universitet dövlət idarəsini məhkəməyə verdi

Fəaliyyəti dayandırılan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş idarəsini məhkəməyə verib.

Korupsiya-q.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən universitet 1 yanvar 2012-ci ildən 1 oktyabr 2018-ci ilin üçüncü rübü də daxil olmaqla, təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməməsi kimi hərəkətlərin qanunsuz hesab edilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı mümkünsüz sayaraq qərardad çıxarıb.
Həmin qərardaddan narazı qalan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardadı dəyişdirmədən saxlayıb.
Qeyd edək ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabrın 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.

Məlumata görə, göstərilənləri, habelə universitetin beş illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə işçi qrupunun yaradılması barədə qərar qəbul edib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı