Azərbaycan İdeyası

Qafqaz`ın tələbələri nüfuzlu universitetlərə yerləşdiriləcək

Tarix:25-01-2017, 10:13
Baxış Sayı:517

 Qafqaz`ın tələbələri nüfuzlu universitetlərə yerləşdiriləcək

“Təfəkkür Universitetinin tələbələri cari tədris ili bitdikdən sonra digər ali təhsil müəssisələrinə yerləşdiriləcək. Qafqaz Universitetinin tələbələri isə qış semestri bitdikdən sonra ölkənin ən nüfuzlu universitetlərinə yerləşdiriləcək”.
Korrupsiya və Qanun saytı xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib. O qeyd edib ki, tələbələrin gələcək təhsili yüksələn istiqamətdə təmin olunacaq.
“Təhsil Nazirliyi bunun üçün bütün şəraiti yaradacaq. Bir məsələni də vurğulayım ki, tələbələrin təhsil haqqının artımından söhbət gedə bilməz”.
S.Gözəlov qeyd edib ki, bununla əlaqədar olaraq Təhsil Nazirliyində həm Təfəkkür, həm də Qafqaz Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı müvafiq işçi qruplar yaradılıb: “İşçi qrupların tərkibi haqqında artıq ictimaiyyətə məlumat verilib, eyni zamanda Təhsil Nazirliyinin saytında məlumatlar gedib”.
Qeyd edək ki, keçən ilin oktyabr ayında Təfəkkür Universiteti Təhsil Nazirliyinə müraciət edərək universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətin dayandırılması barədə qərar qəbul edildiyini bildirib.
Qafqaz Universitetinin rəhbərliyi də yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığını və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb. Bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali məktəblərə köçürülməsinə köməklik göstərilməsini xahiş edili

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı