Azərbaycan İdeyası

Kəlbəcərli girovun oğlundan müammalı açıqlama – Nəyə işarə etdi?

Tarix:11-07-2019, 13:31
Baxış Sayı:161



Ermənistanın girov saxladığı azərbaycanlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov özünün facebook səhifəsində atasının girov götürülməsinin 5-ci ildönümü ilə bağlı olduqca diqqətçəkən status paylaşıb.
Minval.info xəbər verir ki, Kürdoğlu Əsgərov sosial media hesabında yazıb: “2014 cü ilin 9 iyul ayında Sahbazı Quliyev Kəlbəcərdə ermənilər tərəfindən girov götürüldükdən 2 gün sonra-yeni bu gün 11 iyulda Həsən Həsənov girov götürlərək vəhşicəsinə amansızlıqla qətlə yetirildi. Sahbazı girov götürüb Həsəni qətlə yetirən ermənilər, Dilqəm Əsgərovun axtarışı və tutulması ücün rus və erməni hərbçilərini ayağa qaldırıdılar, hətta bir neçə vertolyot belə qaldırmışdılar ki, Dilqəmi girov götürsünlər və istəklərinə nail oldular. 2014 cü ilin iyul ayının 14-ü Dilqəm Əsgərovu (atamı) girov götürdülər. Atamın tutulması artıq mənə aydındı, kimin əli ilə atamı tutdular, artıq orası da aydındır. Keçən 5 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda cağırışlar etsəm də, əsfsuslar olsun ki, hələ də atam qanunsuz olaraq erməni girovluğunda saxlanılır. Atamı erməni girovluğundan azad edə biləcək tək bir insan, tək bir dövlət və tək bir xalq var-Azərbaycan Prezidenti, Azərbaycan dövləti və Azərbaycan xalqı”.

Musavat.com yazır ki, Kürdoğlu Əsgərovun “Atamın tutulması artıq mənə aydındı, kimin əli ilə atamı tutdular, artıq orası da aydındır” yazmaqla nəyə işarə etdiyi, əslində nəyi demək istədiyi maraq doğurur.


OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama