Azərbaycan İdeyası

Müəllimlərin işə qəbulu imtahanından narazılıq var - VİDEO

Tarix:14-07-2019, 12:00
Baxış Sayı:150

KORRUPSİYA-Q.AZ

Müəllimlərin işə qəbulu imtahanından sonra sualların cavabları təfərrüatlı şəkildə təqdim olunmadığına görə namizədlər hansı sualı düz və ya səhv cavablandırdıqlarını müəyyən edə bilmirlər.

Unikal.org Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanında iştirak edən namizədlər deyirlər. Namizədlərin sözlərinə görə, nəticələrin müfəssəl təqdim olunmaması onlarda imtahanın şəffaf keçirilməsinə olan inamı azaldır.

İmtahan zamanı namizədlərin qarşılaşdıqları problemlərdən biri də cavabların işarələnməsi zamanı sual və cavabların qəfil başqa variantla əvəzlənməsi olub.

Məsələyə Təhsil Nazirliyi də münasibət bildirib. Nazirliyin nəzdində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib ki, namizədlər sualların cavablarına təfərrüatlı şəkildə ancaq apellyasiya şikayəti verərək baxa bilərlər.

Nazirliyin nümayəndəsi cavabların təfərrüatlı təqdim edilməməsinin bir səbəbinin isə həmin sualların növbəti imtahanlarda istifadə olunması ilə izah edir. Texniki problemə gəldikdə isə, nazirlik rəsmisi şikayətlərdən sonra imtahan sisteminin yenidən yoxlanıldığını deyib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında cavab kartının göstərilməsi həmin imtahanların pullu olması ilə bağlıdır. İmtahanların keçirilməsi ilə bağlı toplanan vəsait yeni sualların hazırlanmasına sərf olunur. Ancaq Təhsil Nazirliyində əlavə vəsait olmadığından imtahan sualları yenilənmədən təqdim olunur. Ümumilikdə, imtahanlarda 2280 sualdan istifadə olunur.

OXŞAR XƏBƏRLƏR
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır