Azərbaycan İdeyası

Aparıcı, yoxsa, ləlöyün jurnalistika:

Tarix:26-07-2019, 16:17
Baxış Sayı:195




Aparıcı, yoxsa, ləlöyün jurnalistika:
KİVDF-nin maliyyələşdirdiyi "tezxarabolan" layihələr, onların şişirdilmiş "müxtəlif", "sair" xərcləri və azqiymətli müxbir əməyi
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihələr çərçivəsində qoyulan məqsəd və vəzifələrin necə həyata keçirilməsi, onların Azərbaycan dövlətinə, cəmiyyətinə, vətəndaşına nə kimi fayda verməsi əlahiddə söhbətin mövzusudur. Bu gün həmin layihələrə ayrılan pul vəsaitlərinin necə xərclənməsindən söhbət açacağıq. Təsəvvürlərin dəqiq olması üçün layihə icraçısı olan qəzetlərdən birinin donora verdiyi hesabat göstəricilərinə nəzər salmağı təklif edirik.
Beləliklə, dörd nəfər işçi qüvvəsi tərəfindən icrası yarım il üçün nəzərdə tutulan layihəyə 59999 AZN maliyyə vəsaiti ayrılıb. Həmin dörd nəfərin üçünə aylıq 99, birinə isə (layihə rəhbərinə) 149 manat əmək haqqı verilib.
İndi isə gəlin görək, xərcləri formalaşdıran başqa maddələrə nə qədər vəsait yönəldilib:
- Ofisin saxlanılması, dəftərxana ləvazimatları - ayda 251 AZN; - Azqiymətli tezxarabolan əşyalar - ayda 99 AZN; - Texniki xidmətlər - ayda 149 AZN; - Cari təmir - ayda 149AZN; - Ölkədaxili ezamiyyətlər - dördnəfərlik qrup üçün ayda iki günə 399 AZN; - Nəqliyyat xərcləri, yanaqcaq və sürtgü yağlarının alınması - ayda 649 AZN; - Mobil rabitə və saytın texniki xidmət xərcləri - ayda 601AZN; - İnventar və avadanlıq alınması - 4601 AZN; - Ofis texnikasının alınması - 10400 AZN; - Ofis üçün stol-stul, diktafon və s. - 1501 AZN; - Sair xidmətlərin haqqının ödənilməsi - 401 AZN; - Müxtəlif xərclər - 249 AZN; - Bank xərcləri 200 AZN.
Bütün bunlardan başqa, məlum olur ki, layihə icraçıları yarım il ərzində ayda bir dəfə 500 manatlıq görüşlər təşkil etmiş, ayda bir dəfə 301 manatlıq qəlyanaltı xərci olan dəyirmi masalar qurmuş, 1001 nəfər adamı bir araya yığıb hərəsinə 99 qəpiklik çay və şirniyyat almış, 999 nəfərlə hərəsi üçün adambaşına 2 manat xərc tutan monitorinq keçirmiş, 2002 adam arasında hər nəfər üçün 4 manat maya dəyəri olan sorğu aparmışlar.
Tutarlı arqumentlərlə izah edilməsi çətin olan bu "şişirdilmiş" xərclərdən savayı hesabatda bir diqqətəlayiq xərc maddəsi də vardır - Tədbirlərin digər qəzetlərdə işıqlandırılması. Bu təyinatla guya 21 xəbərin yayılmasına 9999 AZN xərclənib. Sual olunur? Görəsən, həmin o bir xəbəri 500 AZN-ə yayan "digər qəzetlər" hansılardır? Onların arasında Mətbuat Şurasının üzvü olmayanlar varmı? Yoxsa, onlar özləri də KİV-ə Dəstək Fondunun digər "tezxarabolan" layihələrinin icraçılarıdırlar, sadəcə, bir-birlərinə "pas" ötürürlər?
Bu sətirlərin müəllifi xeyli müddət baş mühasib işləyib və yaxşı bilir ki, "azqiymətli tezxarabolan əşyalar" dedikdə elektrik lampaları, süpürgə, sabun və s. başa düşülür. Yoxsa, müasir dövrdə bu sıraya tozsoran da əlavə edilib, bilmirik? Vur-tut 61 metr2 sahəyə malik redaksiyada ay ərzində neçə lampanı sıradan çıxarmalı, neçə süpürgəni "keçəl" eləməli, neçə sabunu əritməlisən ki, xərc gəlib 100 manata çıxsın?
Bundan başqa, şərtlərə görə, layihəni həyata keçirməyə iddialı redaksiya texniki imkanları barədə donora qabaqcadan məlumat verməlidir. Əgər bu imkan çox məhduddursa, yəni, bizim misalda olduğu kimi, layihənin icrasına ayrılacaq 60000 AZN vəsaitin 15000 AZN-dən artığı texnika, inventar və avadanlığa xərclənəcəksə, o halda müsahibə götürmək üçün diktofon tapa bilməyən jurnalist kollektivinin deyil, başqa namizədlərin təklifləri nəzərdən keçirilməlidir.
Əgər həqiqətən 15000 AZN-lik ofis texnikası, inventar və avadanlıq alınmışdırsa, onların məhz təzə olması səbəbindən aylıq texniki xidmət və cari təmir xərcləri də yuxarıda göstərilən məbləğlərdən qat - qat az olmalıdır.
Fikir verirsinizsə, layihə icraçıları olan dörd nəfərin hərəsinə günlük 50 AZN ezamiyyət pulu yazılıb. Nəzərə almaq lazımdır ki, nəqliyyat, rabitə, sorğu, monitorinq və "sair" və "müxtəlif" xərclər bura aid deyil. Belə çıxır ki, Salyan Yolu - 22 ünvandan 5 manat gediş haqqı ilə bir saata qət olunan məsafədə yerləşən Salyan rayonuna ezam olunmuş şəxsə iki gün üçün 100 manat yalnız yeyib - içməyə və lüks otaqda bir gecə qalmasına görə verilir. Kağız üzərində "ezam olunmuş" kimi göstərilən işçilərin sosial şəbəkələrdəki paylaşımları incələnsə, məlum olar ki, onlar heç də həmin günlər əyalətlərdə sorğu keçirməklə deyil, paytaxtın müxtəlif ünvanlarında, lap elə işlə əlaqədar başqa tədbirlərdə məşğul olublar.
İkrah doğurucu haldır ki, kütləvi çıxışlarında, yazılarında xalqı qənaətcilliyə, mötədilliyə, xeyir-şər mərasimlərində israfçılıqdan çəkinməyə çağıran, get-gedə artan qiymətlərə, vergilərə, rüsumlara, cərimələrə haqq qazandıran bu "aparıcı jurnalistlər" - layihə rəhbərləri vətəndaşı olduqları dövlətin malına sanki müharibə sonucu qan bahasına əldə edilmiş hərbi qənimət kimi yanaşır, Prezidentin Ehtiyat Fondunu Roma imperiyasını yıxmış varvarlar kimi çapıb - talayırlar. Ən aşağı qiymətləndirdikləri isə müxbir zəhmətidir. Həm də müşahidə olunmuşdur ki, əməyi quldarcasına istismar olunan həmin müxbirlər məhz mənzil verilən "diligödək" jurnalistlər arasından seçilirlər. Məgər bu, FÜRSƏTCİLLİK deyilmi, GÖGEYİNLİK deyilmi, LƏLÖYÜNLÜK deyilmi?

Pünhan Şükür

33
10 Paylaşma
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Suqovuşanın azadlığı uğrunda döyüşüb, veteran vəsiqəsi ala bilmir
Suqovuşanın azadlığı uğrunda döyüşüb, veteran vəsiqəsi ala bilmir
Daxili Qoşunların veteranı məmur özbaşınalığı səbəbindən dövlət qayğısından kənarda qaldığından şikayətlənir
Daxili Qoşunların veteranı məmur özbaşınalığı səbəbindən dövlət qayğısından kənarda qaldığından şikayətlənir
Əliyeva Bənövşə Mahmud qızı tərəfindən K A S A S S İ Y A Ş İ K A Y Ə T İ
Əliyeva Bənövşə Mahmud qızı tərəfindən K A S A S S İ Y A          Ş İ K A Y Ə T İ