Azərbaycan İdeyası

Azərbaycanda toyda baş verən qorxunc hadisə ilə bağlı cinayət işi açıldı - 89 nəfər...

Tarix:6-08-2019, 12:01
Baxış Sayı:180



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq əbələdəki kütləvi zəhərlənmə ilə bağlı məlumat yayyıb.
Korrupsiya-q.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində Həsən Əsgərovun həyətində təşkil olunmuş toy məclisində iştirak edən təxminən 500 nəfər qonaqdan 89 nəfərinin (19-u qadın, 8-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.
Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşlarının, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şəki Regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırma zamanı müəyyən olunmuşdur ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları (kabablar, toyuq əti, salatlar, qarpız, üzüm, düşes, kompot və sair) qəbul etdikdən sonra halları pisləşmiş, dərhal rayon mərkəzi xəstəxanasına və Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə müraciət ediblər.
Hadisə zamanı zərər çəkmiş şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunub, onlardan 88-i ilkin tibbi yardım göstərilməklə evə buraxılıb, 1 nəfərin isə stasionar şəraitdə müalicələri davam etdirilir.

Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib