Azərbaycan İdeyası

Ata oğlunun attestatını gizlədib oxumasını istəmədi - Övladı evi TƏRK ETDİ

Tarix:20-08-2019, 14:58
Baxış Sayı:182



Azərbaycan Dillər Universitetində (ADU) attestatı olmayan abituriyent tələbə adına layiq görülüb.

Universitetin Tərcümə fakültəsinin Fransız dili ixtisasına qəlub olan Orxan Bağızadə məsələyə aydınlıq gətirib. O, ailədaxili problemlər zəminində təhsil hüququndan məhrum edilməsindən danışıb.
Tələbə qeyd edib ki, atası ona təhsil almağa icazə verməyəcəyini dəfələrlə deyib. Amma Tərcümə sahəsi üzrə təhsil almaq arzusunda olan O.Bağızadə atasına bildirib ki, onu təhsil almaq hüququndan məhrum etməyə haqqı yoxdur: “Mən evdən çıxanda doğum haqqında şəhadətnaməni, hərbi bilet götürsəm də, attestatımı əldə edə bilmədim. Mənə dedilər ki, attestat onlarda deyil. Ona görə də, attestatla bağlı bir az problem var və hazırda attestat itmiş sayılır”.
O.Bağızadə attestat olmadan universitetə qəbul olmasından da danışıb. Onun sözlərinə görə, bu işdə Təhsil Nazirliyinin, xüsusilə də nazir müavini Firudin Qurbanov və nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun böyük rolu olub. Onlar tələbənin probleminin müsbətə doğru həll olunmasında mümkün variantların hər birindən istifadə ediblər. Tələbə onu da əlavə edib ki, ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərovanın da bu məslədə böyük dəstəyi olub. Adları sadalanan şəxslərin yardımı ilə attestatsız şəkildə ali təhsil müəssisəsinin tələbəsi adını qazanan O.Bağızadə ona yardım edən hər kəsə dərin minnətdarlığını bildirib.
O.Bağızadə təhsilə olan marağı və gələcək planlarından da söz açıb. O, qeyd edib ki, ali təhsil alamağa uşaqlıqdan həvəsi olub və heç vaxt hazırlıq kurslarına getməyib, ev şəraitində hazırlaşıb. Hətta çalışmağına baxmayaraq, gecədən səhərə kimi dərsləri ilə məşğul olub. O, bundan sonra da təhsili ilə işini paralel aparmağı hədəfləyir. Tələbəmiz təhsil haqqını ödəməklə bağlı da pozitiv düşüncədədədir. O, vurğulayıb ki, iki qardaşı var və əl-ələ verib təhsil haqqını ödəmək iqtidarındadırlar.
Tələbə sonda Təhsil Nazirliyinə, Bakı Şəhər Baş Təhsil İdarəsinə, eləcə də Dillər Universitetinin rəhbərliyinə və ali məktəbin Tələbə Qəbul Komissiyasına təşəkkürünü bildirib. (Trend)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı