Azərbaycan İdeyası

Tolikdən BŞİH-ə zibil ittihamı: Yalan yerə büdcədən pul xərclədilər

Tarix:2-09-2019, 13:38
Baxış Sayı:130

Tanınmış prodüsser, aparıcı Tarix Əliyev (Tolik) "Instagram" hesabında Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı maraqlı iddia ilə çıxış edib.
Korrupsiya-q.az xəbər verir ki, o, zibillərin çeşidlənməsi üçün paytaxta gətirilən zibil qablarındakı tullantıların digər zibillərlə eyni maşına boşaldıldığını bildirib və buna etiraz edib. Tolik BŞİH-in bu məqsədlə büdcədən aldığı maliyyə vəsaitinin boş yerə xərcləndiyinə diqqət çəkib.
"Zibillər eyni maşına qoyulub daşınır. Zibil qutularına büdcədən yalandan nə qədər pul xərcləndi, amma zibil maşınları eynidir", - deyə prodüsser deyib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən BŞİH-in mətbuat katibi İsrafil Kərimov bu iddianı əsassız adlandırıb. Onun sözlərinə görə, pilot layihə çərçivəsində Nərimanov rayonuna çeşidli zibillərin yığılması üçün üç ədəd xüsusi zibil daşıyan avtomobil cəlb edilib:
"Bunlar narıncı rəngdədir və üzərində müvafiq olaraq, "karton", "şüşə", "kağız", "metal", "plastik" sözləri yazılıb. Bu avtomobillər gün ərzində çeşidli atılan zibilləri yığır. Layihədən əvvəl təkrar emala göndərilən tullantılar günlük iki ton idisə, hazırda bu rəqəm 20 tonu keçib. Bu iddianın heç bir əsası yoxdur".


Фото профиля aliyevtarix
aliyevtarix
Ezizi dostlar cox maraglidi Bakimiza yeni zibil qutulari gelib . Ve bunlarin uzerinde yazilib ki , kagiz, şüşə, karton , kagiz , metal , pıastik bashga gutuya tulansin , amma birində yazilib " qarişig tulantilar " əyər bunlsr zibiı maşininda eyni yerdə yigikib garişirsa camahati gic yerinə niyə goyular ? Yalandan dövlət büdcəsindən nəgədər pul getdi gutulara amma zibil maşini eynidi

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı