Azərbaycan İdeyası

Millət vəkilindən prezidentə məsləhət

Tarix:29-01-2015, 18:23
Baxış Sayı:0

“Fransua Oland Türkiyəni Avropa Birliyinə buraxmaq olmaz deyir, Türkiyə ilə yanaşı durmağı özünə ar bilir, erməni məsələsi gələndə isə cürbəcür məsləhətlər verir”. Korrupiya-q.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, Fransa Prezidenti Fransua Olandın qondarma erməni soyqırımı ilə bağlı Türkiyə rəhbərliyinə çağırışını sərt tənqid edib: “Fransadakı Erməni Dərnəkləri Koordinasiya Komitəsinin illik yekunları ilə bağlı təşkil edilmiş şam yeməyində çıxış edən Fransua Oland keçən il Türkiyə hökumətinin 1915-ci il hadisələri ilə bağlı açıqlamasını (əslində, bizim üçün heç də uğurlu sayılmayan) müsbət bir irəliləyiş hesab edərək, “soyqırım”ın 100 illiyi ilə bağlı Türkiyə hökumətindən etiraf jesti də gözlədiyini bildirib. Adamın gözləntisinə bir bax, Türkiyəni Avropa Birliyinə buraxmaq olmaz deyir, Türkiyə ilə yanaşı durmağı özünə ar bilir, erməni məsələsi gələndə isə dürlü-dürlü məsləhətlər verir. Mənim də Olanda bir məsləhətim var: 24 apreldə yalandan uydurduğunuz soyqırım karnavalı üçün İrəvana getdiyində Ermənistana da bir məsləhət ver ki, işğal olunmuş Azərbaycan torpaqlarından çıxıb getsinlər, Xocalıda törətdikləri soyqırımı tanısınlar. Məncə, Türkiyə rəsmilərinin Olanda cavabında belə cümlələr yer alsa, adam bir daha belə mənasız məsləhətlər verməyə girişməz”. - See more at: http://axar.az/news/42052#sthash.wxPavlj4.dpuf

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı