Azərbaycan İdeyası

Daha bir “Leş mafiyası” aşkarlandı

Tarix:27-09-2019, 15:52
Baxış Sayı:173



Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinini (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib. Bildirilib ki, növbəti belə tədbir Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xaçmaz rayonunda keçirilib.
Rayon sakini Nicəsur Mövsümova məxsus Qara-qaşlı kənd ərazisində yerləşən fermaya keçirilən baxış zamanı oradan natəmiz vəziyyətdə olan, istifadəyə tam yararsız 300 kiloqramdan artıq çəkidə at əti və kəsim üçün alınmış xəstə atlar aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır. (yenisabah)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı