Azərbaycan İdeyası

Ziya Məmmədov şeir yazdı: “Yoldur, yola ver, getsin...”

Tarix:1-10-2019, 16:10
Baxış Sayı:122



Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yazdığı iddia olunan şeirlərdən bir neçəsini əldə etmişik.


AZXEBER.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, keçmiş nazirə aid olduğu deyilən şeirləri onun yaxın çevrəsində olanlardan biri redaksiyaya təqdim edib.


Xatırladaq ki, bir müddət əvvəl 67 yaşlı sabiq nazirin ibadətlə məşğul olduğu, mütəmadi olaraq Quranı mütaliə etdiyi və ara-sıra şeirlər yazdığı barədə verdiyimiz xəbər öz təsdiqini tapmışdı..


Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub. Vəzifədə olduğu dövrdə Azərbaycanın ən korrupsiyalaşmış məmurlarından hesab olunan sabiq nazirin kreslosunu itirdikdən sonra biznesinin və şəxsi varidatının böyük hissəsinin əlindən çıxmasına dair iddialar dolaşır.


Sabiq "nəqliyyat şefi"nin Ziya Hafiz imzasıyla yazdığı şeirlərdən bir neçəsini təqdim edirik:


Nəsihət


Aldanma dünyada şərə, yalana.

Dadanma zibaya, zərə, talana.

Nadanın haqqını aqil olana

Zalımın haqqını qula ver, getsin


Həyat dodağıma qonur ah kimi,

Bəzən nəğmə kimi, "Çahargah" kimi,

Nə fərqi qul kimi, ya da şah kimi -

Ömür də bir yoldu, yola ver, getsin


Daraldı dostların sırası, sayı,

İndi dualardı qəlbimin payı,

Hafiz, nə edirsən qızıl sarayı

Aldanma bu keyfə, hala, ver, getsin


*


Artıq payız fəslidir,

Yağış, külək, ayaz...

Könlüm dilə gəlir,

deyir yenə yaz...


Günəş yuxuludur, buludlar gümrah.

Darıxır budaqlarda mandarin, nar,

Qəlbimdə həsrətin kədəri var...



*


Əzizinəm dağdadı,

Arandadı, dağdadı.

Bülbül azıb meşədə,

Gülü isə bağdadı.



Əzizinəm, yar olsun,

Heyva olsun, nar olsun.

Dar gündə həyan olan

Köhnə dostlar var olsun.



Əzizinəm, qalasan,

Yaman günə qalasan.

Ötən günə gün çatmaz,

Günü-günə calasan.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı