Azərbaycan İdeyası

Sumqayıtda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilir

Tarix:16-10-2019, 14:14
Baxış Sayı:132

Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində "Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlarına sosial xidmətlərin təşkili" layihəsi fəaliyyətə başlayıb.
Layihənin məqsədi təşkilatın nəzdində fəaliyyət göstərən İnsan Alveri Əleyhinə Sumqayıt Regional Mərkəz vasitəsilə bölgələrdə insan alverinə qarşı mübarizənin güclənməsində dövlətə yardım göstərməkdir.
Layihə çərçivəsində insan alverinin qurbanı olmuş və ya risk qrupuna daxil olan şəxslərə hüquqi, psixoloji, sosial və digər xidmətlər göstəriləcək, insan alverinə qarşı mübarizə sahəsində çalışacaq yeni mütəxəssislərin yetişdirilməsi, onların müvafiq bilik və bacarıqlara yiyələnmələri üçün hüquqşunaslar və psixoloqlar üçün təlimlər və bir dəyirmi masa təşkil olunacaq.
Regionlarda insan alveri ilə bağlı məlumatlar toplamaq məqsədi ilə əhali arasında sorğular keçiriləcək və nəticələr barədə müvafiq dövlət orqanlarına məlumatlar göndəriləcək.
İnsan alverinə qarşı mübarizə sahəsində calışan QHT-lər ilə mərkəzi və yerli dövlət orqanları, bələdiyyələr arasında əməkdaşıq inkişaf etdiriləcək.
İnsan alveri qurbanlarının və potensial qurbanların yeni peşələrə yiyələnməsi üçün xüsusi peşə kurslarına yönəldiləcək, bu şəxslərin məşğulluq problemlərinin həllinə yardımlar ediləcək.
Mərkəzdə "Etimad" telefonu vasitəsi ilə risk qrupuna daxil olan şəxslərə ilkin psixoloji və hüquqi yardımlar göstəriləcək. "Etimad" telefon xətti həftənin 6 günü 8 saat ərzində fəaliyyət göstərəcək.
Layihə çərçivəsində insan alveri mövzusunda Dünya TV telekanalında 4 TV verliş efirə veriləcək.
Layihəyə həmçinin sosial işçi, psixoloq, hüquqşünas və könülülər cəlb ediləcək. Cəlb olunan mütəxəssislər layihənin benefisiarı olan uşaqlar ilə psixoloji korreksiya, rəsm dərsləri və pedoqoji dərslər keçəcəklər.
Layihə müddətində layihəyə cəlb olunmuş juranlist tərəfindən insan alveri mövzusunda məqalələr yazılaraq KİV-də dərc ediləcək.
Qeyd edək ki, Mərkəzə insan alverinə, məişət zorakılığına, gender diskriminasiyasına məruz qalmış, əmək, təhsil və digər hüquqları pozulmuş şəxslər, baxımsız qalmış uşaq və yeniyetmələr müraciət edə bilər.

OXŞAR XƏBƏRLƏR
İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT.
İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT.
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Bakı Şəhəri Sabunçu Rayonu Mastaga Qesebesi Axund Mir Elekber kuc 17/ 40 da yasayan Azer Aga oglu Agayev terefinden 00994775003111 Ərizə

Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
ADNSU-nun rektoru saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdirmiş...
ADNSU-nun rektoru saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdirmiş...