Azərbaycan İdeyası

İnsan alveri qurbanlarına yardımlar edilir

Tarix:13-08-2016, 23:20
Baxış Sayı:453

İnsan alveri qurbanlarına yardımlar edilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu ilin birinci yarısında 65 insan alveri qurbanına yardım edib. Bu barədə virtualaz.org nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, 50 nəfər Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 15 nəfərini isə ixtisaslaşmış QHT-lər tərəfindən istiqamətləndirilən, potensial insan alveri qurbanlarıdır. Nazirlik regionlarda yerləşən peşə məktəbi və liseylərdə İnsan alverinə qarşı mübarizə maarifləndirici tədbirlər keçirir.

“Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində də məhbus qadınlara insan alveri ilə bağlı məlumatlıar verilib. Belə ki, müəssisədə cəza müddəti başa çatmaqda olan qadınlara insan alveri anlayışı, onun növləri, insan alveri ilə mübarizə formaları, insanların hansı hallarda insan alveri qurbanına çevrilmək riski ilə üzləşdikləri və belə hallardan qorunmaq yolları, həmçinin uşaq və qadınlar üçün fəaliyyət göstərən sığınacaqlar barədə məlumatlar veriblər”, - deyə E.Babayev əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı