Azərbaycan İdeyası

Bu rayonların icra başçıları yola salınır?

Tarix:31-10-2019, 15:05
Baxış Sayı:160


Xaçmaz rayonu və Yevlax şəhəri İcra Hakimiyyətində rəhbər şəxslərin dəyişidiriləcəyi gözlənilir.

Korrupsiya-q.az xəbər verir ki, Modern.az saytına daxil olan məlumata görə, yaxın vaxtlarda Xaçmaz Rayon İcra Hakimiyyətinin 80 yaşlı başçısı Şəmsəddin Xanbabayevin və Yevlax Şəhər İcra Hakimiyyətinin 60 yaşlı başçısı Qoca Səmədovun tutduqları vəzifədən azad edilməsi barədə müvafiq sərəncamlar imzalanacaq.

Modern.az məsələ ilə bağlı Yevlaxın deputatı İlham Məmmədovla əlaqə saxlayıb.

Deputat xəbəri təsdiqləyib. İ.Məmmədov bildirib ki, Yevlaxa yeni icra başçısının təyin olunacağı barədə xəbəri o da eşidib.

“Yəqin ki, bu gün sərəncam veriləcək. Mən də dünən eşitdim ki, icra başçımız dəyişəcək. Çox ehtimal ki, bu gün yeni təyinat haqqında qərar elan olunacaq”.

Artıq yaşlı icra başçılarının yerinə gətiriləcək kadrların kimliyi barədə də məlumat verilib. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının I müavini Elnur Rzayevin (1980-ci il təvəllüdlü) Xaçmaz rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunacağı gözlənilir.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyevin (1981-ci il təvəllüdlü) isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə aparılacağı gözlənilir.

Məlumata görə, Anar Tağıyev Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı