Azərbaycan İdeyası

Azərbaycanda şprislərin parametrləri yoxlanılacaq - Laboratoriyalar quraşdırılacaq

Tarix:11-12-2019, 11:36
Baxış Sayı:96



Növbəti ildən Azərbaycanda şprislərin fiziki parametrlərinin yoxlanılması prosesi başlanılacaq.
Korrupsiya-q.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
Onun sözlərinə görə, bütün dərman preparatlarında olduğu kimi, tibb vasitələrində sterilliyi olmayan tibb vasitələrinin Səhiyyə Nazirliyi tərəfindən sterilliyi yoxlanılıb və bunun standartları müəyyənləşib:
“Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib. Bəzi qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən vurğulanır ki, üç hissəli şprislərlə bağlı qadağa yoxdur. Bu cür şprislər bütün dünyada istifadə olunur.
Buna görə də üç hissəli şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönəltmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə iki hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən təsdiq olunub”.
“Biz Azərbaycana idxal olunan şprislərlə bağlı öz qurumlarımıza tapşırıq vermişik. Apteklərdə yoxlamalar aparılan zaman onlardan nümunələr götürülür və sterilliyi Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən bir daha yoxlanılır.
Bundan sonra şprislərin fiziki parametrləri də yoxlanılacaq. Gələn ildən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində bununla bağlı laboratoriyalar quraşdırılacaq. Bu şprislərin ucluqları və polietilen keyfiyyəti yoxlanılacaq”, - deyə nazir müavini qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı