Azərbaycan İdeyası

MƏKTƏB DIREKTORUNUN KITAB YANDIRMASI MƏSƏLƏSINƏ — RƏSMİ MÜNASİBƏT

Tarix:29-12-2019, 13:35
Baxış Sayı:82


Ötən gün sosial şəbəkələrdə Şəki rayon Daşüz kənd tam orta məktəbinin şagirdlərinə paylanılan bədii kitabların direktor tərəfindən yandırılması barədə əsassız məlumatlar yayılıb.
Korrupsiya-q.az Median.Az - istinadla xəbər verir ki, bununla bağlı Şəki şəhər Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 26-da bir qrup şəxs məktəbin ərazisindən kənarda şagirdlərə kitablar təklif edib. Onlardan bəziləri kitabları qəbul edib, digərləri isə həmin kitabları almaqdan imtina edib.
Qeyd edək ki, bu kitablar arasında Kristin Hannahın türk dilində “Bin ömrüm olsa” adlı romanı, Viktor Hüqonun “Kozetta” əsəri, Kahraman Tazeoğlunun ”Bambaşqa” romanı və s. kitablar olub.
Dərsliklərin pulla satılması məsələsinə gəldikdə isə bildirilib ki, şagirdlər sentyabrın ilk on günlüyündə məktəb tərəfindən dərsliklərlə tam və pulsuz təmin olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Ümman Dəniz adlı gənc dostları ilə Şəkinin Daşüz kəndində uşaqlara bədii kitablar paylayıb. Lakin kəndin məktəb direktoru - Əmirseyidova Anjelika kitabları toplayıb və məktəbdə yandırıb.

MƏKTƏB DIREKTORUNUN KITAB YANDIRMASI MƏSƏLƏSINƏ — RƏSMİ MÜNASİBƏT

MƏKTƏB DIREKTORUNUN KITAB YANDIRMASI MƏSƏLƏSINƏ — RƏSMİ MÜNASİBƏT

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı