Azərbaycan İdeyası

Azərbaycanda tükürpərdən olay - Yol kənarında körpə tapıldı - VİDEO

Tarix:4-05-2020, 12:28
Baxış Sayı:137



Hər kəs övlad sahibi olmaq istəyir, arzular qurur və sairə. Lakin valideyn adının məsuliyyəti bəzilərinin çiyinlərinə ağır gəlir. Lənkəranda baş verən hadisə bunun əyani nümunəsidir. Liman şəhərində 7 günlük körpə karton qutuda küçəyə atılıb. Balaca qız uşağı hazırda həkimlərin nəzarəti altındadır.
7 günlük balaca Lənkəran rayonu, Liman şəhəri, Mirzə Ələkbər Sabir küçəsində atılmış vəziyyətdə tapılıb. Səhər saatlarında heyvanlarını örüşə aparmaq üçün evdən çıxan Camal Kazımov dəmir yol xəttinin yaxınlığındakı yaşayış olmayan həyətin qarsında bağlama görüb.
O, evdə yaşayış olmadığını bildiyi üçün qapı ağzına qoyulan karton qutu onun diqqətini çəkib. Qutunu açanda isə çaş-baş qalıb.
Körpəni evə gətirən Camal Kazımov atılmış uşaqla bağlı Daxili İşlər Nazirliyinin "102" zəng xidmətinə məlumat verib. Bundan sonra körpə polis əməkdaşlarının iştirakı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təhvil verilib.
Xəstəxandan körpənin bir həftə əvvəl doğulan qız uşağı olduğu bildirilib. Həkimlər tərəfindən körpənin vizual müayinəsi aparılıb və vəziyyəti orta ağır qiymətləndirilib. Xəstəxanaya daxil olanda temperaturu aşağı olduğundan o, küvezə yerləşdirilib.
Hazırda körpənin temperaturu normallaşıb. İlkin müayinələr zamanı körpədə hər hansı bir travma aşkar edilməyib.
Polis indi həmin uşağın valideynlərini axtarır.

OXŞAR XƏBƏRLƏR
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır