Azərbaycan İdeyası

Abşeronda kassadan pul oğurlayan şəxs ələ keçdi - FOTO/VİDEO

Tarix:6-07-2020, 12:27
Baxış Sayı:348



Marketə daxil olan gənc kassadan 180 manat pulu götürərək aradan çıxıb.
Baku TV xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyzadə küçəsindəki marketlərdən birində baş verib.
Aparılan araşdırma zamanı həmin hadisəni törədən şəxsin Rəsul Bəkirov olduğu məlum olub.
O saxlanılaraq, Polis Bölməsinə gətirilib və məsuliyyətə cəlb olunub.
Abşeron polisinin keçirdiyi digər əməliyyatla Novxanı kəndi ərazisində üzərində küllü miqdarda - ümumi çəkisi 3 870 qram olan heroin, dörd büküm digər narkotik vasitə gəzdirən İntiqam Qurbanov tutulub.
Onun yaşadığı evə baxış keçirilib və oradan 65 ədəd narkotik tərkibli bitki olan çətənə kolu aşkar edilərək, maddi sübut kimi istintaqa təhvil verilib.
Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı