Azərbaycan İdeyası

Astarada şok hadisə: İcra məmuruna hücum edildi — Təfərrüat

Tarix:6-01-2021, 15:09
Baxış Sayı:58


Astara rayonunda dövlət məmuruna qarşı zor tətbiq etməkdə ittiham olunan 1997-ci il təvəllüdlü Emil Dadaşovun cinayət işi üzrə məhkəmə prosesu başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Emil Dadaşovun anası Nəzakət Dadaşova tələbkar Zöhrə Səlimovaya borcu olub.
Astara rayon Məhkəməsi 13 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Nəzakət Dadaşovadan 730 manat məbləğində pulun tutularaq tələbkar Zöhrə Səlimovaya ödənilməsi barədə qətmnamə çıxarıb.
Məhkəmə qətnamə çıxarsa da, borclu Nəzakət Dadaşova ona olan borcunu ödəməyib.
Bu səbəbdən Astara rayon icra və Probasiya şöbəsinin icra məmuru, 1-ci dərəcəli ədliyyə qulluqçusu Ağamirzə Talıbov məhkəmə qətnaməsinin icra olunması üçün Astara rayonu, Şahağacı kəndinə yollanıb.
İcra məmuru tərəfindən Nəzakət Dadaşovadan 730 manat məbləğində pulun tutularaq tələbkar Zöhrə Səlimovaya ödənilməsini təmin etmək üçün əmlakları-asma mühərrikli qayığın mühərriki siyahıya alınıb, üzərinə həbs qoyulmaması və aparılmamasını tələb olunub.
Emil Dadaşov məhkəmə qərarının qanunamüvafıq icrasının təmin olunmasına mane olmaq məqsədi ilə icra məmuru tərəfindən əmlakın siyahıya alınması barədə rəsmiləşdirmə aparılması zamanı Ağamirzə Talıbovun üzərinə gedərək əlində evdən götürdüyü bıçağı nümayiş etdirib, onu öldürməklə hədələyib.
Bu axt Emil Dadaşov icra məmurunun xidməti geyimini zədələməklə müşayiət olunan zor tətbiq edib. O, əməllərini davam etdirib və məhkəmə qərarını icrası ilə bağlı gələn şəxsləri yaşadığı evin həyətindən qovmaq üçün həyətdən götürdüyü taxta parçasını da Ağamirzə Talıbovun üzərinə atıb, ona xəsarət yetirib.
Emil Dadaşov habelə Ağamirzə Talıbovun istifadəsində olan VAZ-21074 markalı 90 FB 137 dövlət qeydiyyat nişanlı avtomobilə taxta parçası atıb, sol ön qanadını zədələməklə 150 manat məbləğində ziyan vurub.
İstintaq orqanı tərəfindən Emil Dadaşovun barəsində Cinayət Məcəlləsinin 288.3-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə - bu məcəllənin 288.1 və ya 288.2-ci maddələrində nəzərdə tutulmuş əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Astara rayon Məhkəməsinin hökmü ilə Emil Dadaşov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Hökmdən narazı qalan Emil Dadaşov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Emil Dadaşovun apelyasiya şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Emil Dadaşov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçü Ali Məhkəməyə göndərilib.
Hakim Şahin Yusifovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, kasasiya şikayəti təmin edilməyib.

OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!