Azərbaycan İdeyası

Üç ay əvvəl azadlığa buraxılan polis mayoru yenidən həbs olunub

Tarix:9-08-2022, 12:04
Baxış Sayı:85

Üç ay əvvəl azadlığa buraxılan polis mayoru yenidən həbs olunub

Qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq şərti cəza təyin olunmuş sabiq polis əməkdaşı Tural Mahmudov barəsindəki hökmdən verilmiş apellyasiya protestinə baxılıb.

Korrupsiya və qanun qəzetinin əldə etdiyi xəbərə görə, prokurorun şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan işlə bağlı qərar elan olunub.

Hakim Rəşad Abdulovun sədrlik etdiyi məhkəmə heyəti Tural Mahmudov barəsindəki cəzanı ittihama görə həddən artıq yüngül hesab edərək birinci instansiya məhkəməsinin hökmünü tamamilə ləğv edib.

Məhkəmənin qərarı ilə Tural Mahmudovu Cinayət Məcəlləsinin 234.4.3(qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrum olunub. Sabiq polis əməkdaşı məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, Tural Mahmudov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həbs olunub. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.3 ( qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib. İbtidai və məhkəmə istintaqı zamanı həbsdə olan Tural Mahmudov may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası alaraq azadlığa buraxılmışdı.

Onu da qeyd edək ki, polis mayoru Tural Mahmudov əvvəllər Salyan Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili, həmçinin pasport qeydiyyat şöbəsinin rəisi olub.

2018-ci ildə isə daxili işlər orqanlarından xaric olunub.

Korrupsiya və qanun

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı