Azərbaycan İdeyası

Prokurorun həbs tələbini məhkəmə rədd etdi - HÖKM QÜVVƏDƏ QALDI

Tarix:13-07-2016, 13:13
Baxış Sayı:485

Prokurorun həbs tələbini məhkəmə rədd etdi - HÖKM QÜVVƏDƏ QALDI
Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Namiq Cavad oğlu Əmircanov barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi yekunlaşıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əmir Bayramov sədrlik edib. Prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, N.Əmircanov 2014-cü ildə Səbail rayonu ərazisində, “Gəlin Qaya” restoranının qarşısında saxlanılıb. İttiham aktına əsasən, onun üzərinə baxış keçirilərkən 9,5 kq marixuana aşkarlanıb. Həm istintaq zamanı, həm də məhkəmə prosesində N.Əmircanov narkotik maddənin ona məxsus olmadığını deyib. Məhkəmə araşdırması zamanı N.Əmircanovun günahsız olması sübuta yetirilib.N.Əmircanovun saxlanılmasını əks etdirən videogörüntülər məhkəməyə təqdim edilib.

Videogörüntülərdən də məlum oldu ki, həbs olunarkən onun əlində çanta olmayıb. N.Əmircanov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2016-cı il tarixli hökmü ilə N.Əmircanov barəsində bəraət hökmü çıxarılıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı