Azərbaycan İdeyası

Bakıda qayın yeznəsini öldürdü

Tarix:21-01-2016, 10:55
Baxış Sayı:468

Bakıda qayın yeznəsini öldürdü




Bakıda qətl hadisəsi törədilib.
Hadisə Bakıxanov qəsəbəsində, Xasməmmədov küçəsində baş verib.
5 gün əvvəl ata olan 25 yaşlı Asif Tahir oğlu İsmayılov həyat yoldaşı və övladına baş çəkmək üçün qayınatasının evinə gedib. Orada Asif İsmayılovla 20 yaşlı qaynı Ziya Dilən oğlu Əzizov arasında mübahisə düşüb. Mübahisə zamanı qayın yeznəsini bıçaqlayıb. Asif İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisədən sonra Ziya Əzizov könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə təslim olub.
İlkin məlumata görə, qətllə nəticələnən mübahisəyə borc pul söhbəti səbəb olub. Belə ki, Asif İsmayılovun qayınatası onun bacısından faizlə 2000 manat alıb. Borc vaxtında qaytarılmayıb və Asifin bacısı narazılığını bildirib. Bu səbəbdən Asiflə qaynı Ziya arasında mübahisə düşüb.
Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir. (Apa)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı