Azərbaycan İdeyası

Evə xəncərlə hücum etdi — Kişinin barmağını kəsdi

Tarix:6-11-2015, 11:57
Baxış Sayı:490

Qubanın Amsarqışlaq kəndində silahlı basqın hadisəsi baş verib.
"Korrupsiya və Qanun" qzəetinə istinadən report xəbər verir ki,Ş hadisə yerli sakin Cavanşir Şahpəndirov tərəfindən törədilib.
Belə ki, kənd sakinləri Asif Əhmədov, Cavanşir Şahpəndirov və Zeynal adlı şəxs kənd qəbiristanlığı yaxınlığında yeyib-içiblər. Ardınca onların arasında mübahisə baş verib. Daha sonra Asif Əhmədov yaralı vəziyyətdə tapılaraq xəstəxanaya yerləşdirilib.
C. Şahpəndirov isə xərcərlə zərərçəkənin evinə hücum edib. O qapıda Asifin atası Nüsrət Əhmədovla qarşılaşıb və xəncəri onun boğazına dirəyərək oğlunu tələb edib. Bu zaman Nüsrətin həyat yoldaşı hadisənin üstünə çıxıb. Onun yalvar-yaxarından sonra Cavanşir fikrindən daşınıb, lakin iti silahı geri çəkərkən kişinin orta barmağını kəsib. O evdəkilərin xahişindən sonra oradan uzaqlaşıb.
Hazırda Cavanşir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Əhmədov Asif çənəsi sındığından Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib, atası Nüsrət isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı