Azərbaycan İdeyası

24 yaşlı gənc ehtiyatsızlığın qurbanı oldu

Tarix:26-05-2016, 23:43
Baxış Sayı:692

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

İmişlidə bədbəxt hadisə baş verib. 24 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Muradxanlı kənd sakini, 1992-ci il təvəllüdlü Şəmil Qəhrəman oğlu Həsənov işıqlar söndüyü üçün kənd ərazisindəki yüksək gərginlikli transformatora müdaxilə edib. Ehtiyatsızlıq edən gənci yüksək gərginlikli cərəyan vurub və 24 yaşlı Şəmil Həsənov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Onun subay olduğu bildirilir.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mayın 12-də Tovuzda da 36 yaşlı kişi ehtiyatsızlığının qurbanı olub. Vahidli kənd sakini 1980-ci il təvəllüdlü Vüqar Hümbət oğlu Əhmədov yaşadığı evin həyətində su nasosunun naqillərini birləşdirərkən ehtiyatsızlıq edib və onu cərəyan vurub. Ağır xəsarətlər alan Vüqar Əhmədov aldığı zədələrdən hadisə yerində dünyasını dəyişib.

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən kişinin iki azyaşlı övladı qalıb.
24 yaşlı gənc ehtiyatsızlığın qurbanı oldu

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı