Azərbaycan İdeyası

Qobuda anası barədə deyilən sözə dözməyən gənc adam bıçaqladı

Tarix:11-06-2016, 17:54
Baxış Sayı:598

Qobuda qohum qohumunu bıçaqlayıb. APA TV-nin məlumatına görə, qəsəbə sakini, 21 yaşlı Elnur Şıxməmmədov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İlkin dindirmə zamanı məlum olub ki, onun cinayət törətməsinə atasının xalası oğlu Meydanın anası haqqında dediyi xoşagəlməz sözlər olub. Suraxanı rayonu ərazisində neftçi işləyən Elnur qohumunun yaydığı şayiələr haqqında səhər saatlarında işdən evə gələndə anasından eşidib: “Gördüm mamamın qanı qaradır. Soruşdum ki, nə olub, niyə qanın qaradır? Açdı, söhbəti danışdı. Dedi ki, şayiə yayıb. Evdə heç nə demədən çıxdım. Bıçağımı da götürmüşdüm”.


Daha sonra Elnur qohumu Meydana zəng edərək onu Qobuda yerləşən kərpic zavodunun ərazisinə çağırıb: “Qayıtdım ki, nə olub, nə təhər olub, nəyə görə bu şayiələri yayırsan? Söyüşlə ifadələr işlətdi ki, mən deməmişəm. Dedim nə deməmisən? Bu işlərin dərininə getmişəm, bunu sən demisən. Başladı söyüşlə misallar çəkməyə. Misal çəkəndə mən bunu vurdum”.

Ailənin yeganə qazanc gətirən üzvü olan Elnur aprel ayında ailə həyatı qurub. Törətdiyi cinayətə görə peşman olub-olmaması ilə bağlı suala Elnur Şıxməmmədov belə cavab verib: “Heç bir peşmanlığım yoxdur. Bilirəm ki, ailəm dolanacaq”.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa zərər vurma” maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı