Azərbaycan İdeyası

Ağaclar aşdı, elektrik xətləri qırıldı, evləri su basdı - GƏNCƏDƏ LEYSAN

Tarix:11-06-2016, 17:56
Baxış Sayı:679

Ötən axşamdan etibarən Gəncəyə yağan güclü leysan yağışı bir sıra fəsadlar törədib.

APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, leysan yağış nəticəsində şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində uzunmüddətli fasilələr yaranıb.

Leysan şəhərin küçə və prospektlərində avtomobillərin hərəkətini də çətinləşdirib. Eyni zamanda şəhərin müxtəlif ərazilərində həyət evlərinə su dolub. Şəhərdə yerləşən Xan bağında isə iri ağac küləyin təsirindən aşaraq ərazidəki iaşə obyektinin üzərinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Ancaq obyektin şüşələrinə ziyan dəyib.

Heydər Əliyev prospektində də bir ağac qırılaraq hərəkətə maneə yaradıb. Evlərə dolan suyu isə sakinlər gecə boyu daxili imkanları hesabına boşaltmağa çalışıb. Xeyli sayda ev əşyası yağış sularından yararsız hala düşüb. Ev quşları boğularaq tələf olub.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Mikayıl Zeynalov bildirib ki, şəhərdə elektrik enerjisinin verilişi bərpa edilib, qırılan ağaclar ərazidən təmizlənib, zirzəmi və həyətlərə dolan suyun təmizlənməsi istiqamətində işlər aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı