Azərbaycan İdeyası

Azərbaycanda 20 yaşlı gənc ağlagəlməz şəkildə öldü

Tarix:13-06-2016, 18:58
Baxış Sayı:420

Azərbaycanda 20 yaşlı gənc ağlagəlməz şəkildə öldü
Yediyi alma onun boğazında qalıb.Şamaxıda bədbəxt hadisə ölümə səbəb olub. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, şəhərdəki mənzillərdən birində yaşayan 1996-cı il təvəllüdlü İslam Rəsul oğlu Allahverdiyevin nəfəs borusunda alma qalıb. Nəfəs ala bilməyən 20 yaşlı gənc boğularaq dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Son iki gündə ölkə ərazisində daha iki bədbəxt hadisə baş verib. Ötən gün Biləsuvar rayonunun Amankənd kəndində yaşayan azyaşlı Nuru Hüseynli evlərinin yaxınlığından keçən arxa düşərək boğulub.

Nizami (Gəncə) rayonunun Gülüstan qəsəbəsində yaşayan Musa Abbasov isə evinin damında iş görərkən yıxılıb. Xəstəxanaya yerləşdirilən M.Abbasov iyunun 11-də orada ölüb.

OXŞAR XƏBƏRLƏR
Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır
Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Tailandda gəmi qəzası: 7 dənizçi itkin düşüb
Tailandda gəmi qəzası: 7 dənizçi itkin düşüb
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Təcili əməliyyat olunan Xalq artistinin son vəziyyəti
Təcili əməliyyat olunan Xalq artistinin son vəziyyəti
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı
Bakının bu küçələrində tıxac var - Siyahı
Bakının bu küçələrində tıxac var - Siyahı
Qaxda kafedə qan töküldü
Qaxda kafedə qan töküldü