Azərbaycan İdeyası

Gey-klubda güllələnən oğlanın son mesajı

Tarix:13-06-2016, 19:03
Baxış Sayı:432

Mina Castis oğluna hələ bir çox mesaj yazıb. Lakin heç bir cavab almayıb
Gey-klubda güllələnən oğlanın son mesajı
İyunun 12-nə keçən gecə 29 yaşlı Ömər Mətin ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse" gey-klubuna gələrək 50 nəfəri qətlə yetirib. Həmin gecə klubda olanlardan biri Eddi Castis ayaqyolunda gizlənərək anasına yazmağa başlayıb. Eddi Ömər Mətin onu qətlə yetirənədək anasından imdad diləyib. ANS PRESS Eddinin anası Mina Castis "Associated Press" agentliyinə təqdim etdiyi yazışmanı dərc edir.

2:06

Eddi: Anacan, mən səni sevirəm.

Eddi: Mən klubdayam. Burada atırlar.

Mina: Sən yaxşısan?

2:07

Eddi: Mən ayaq yolundayam.

Mina: Hansı klubda?

Eddi: Pulse. Dauntaunda. Polisə zəng et.

2:08

Eddi: Mən öləcəm.

Mina: Onlara indi zəng edirəm.

Mina: Sən hələ ordasan?

Mina: Dəstəyi götür!

Mina: Onlara zəng et.

Mina: Mənə zəng et.

2:39

Eddi: Deyirəm axı, ayaqyolundayam.

Eddi: O gəlir.

Eddi: Mən öləcəm.

Eddi: Onlara zəng et, anacan.

Eddi: İndi!

Mina: Kimsə yaralanıb?

2:42

Eddi: Hə. Çoxları

Mina: Sən polisləsən?

Mina: Mənə yaz, xahiş edirəm.

2:46

Eddi: Yox.

Eddi: Hələ də ayaqyolundayam. Bizi girov götürüblər. Onlar gəlib bizi çıxartmalıdırlar.

Mina: Polis artıq oradadır. Polisləri görəndə yaz.

2:49

Eddi: Tez elə.

2:50

Eddi: O, artıq ayaqyolundadır.

Eddi: Qadın ayaqyolunda.

Mina: O, sizinlə ayaqyolundadır?

Eddi: O, terrorçudur.

2:51

Eddi: Hə

Mina: Sən yaralısan?

2:52

Mina: Orada qal, o, homoseksualları sevmir.

2:53

Mina: Cavab ver, xahiş edirəm.

2:54

Mina: Səni sevirəm.

Mina: Heç nə eləmə.

Mina: Orada qal.

Mina: Oğlum, mənə cavab ver.

Mina Castis oğluna hələ bir çox mesaj yazıb. Lakin heç bir cavab almayıb. Daha sonra məlum olub ki, Eddi Castis həlak olub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı